Azad Qaradərəli

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 23:24, 18 mart 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Azad Qaradərəli
Doğum tarixi 5 mart 1954(1954-03-05) (70 yaş)
Doğum yeri
Əsərlərinin dili Azərbaycan dili
Janrlar hekayə, roman, esse

Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru.

Həyatı

Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-ci ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də - radioda çalışıb.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib.

İlk nəsr kitabı 1987-ci ildə çap olunub.

2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.

Azad Qaradərəli ilk hekayələrindən bu yana insanın ən ağır durumda belə mənəvi gücünü itirməməsini, humanizmin, insani duyğuların aşınmaya məruz qalsa da, sonda dirçəlib ayaqda olmasını göstərməyə çalışmışdır.

Dörd roman müəllifi olan A.Qaradərəli bu janrın imkanlarından istifadə edərək, daha da irəli getmiş, insanlığın anti-bəşəri meyillərə yenilmədiyini, bəşəriyyətin nicatının bir sıra mənəvi bağlardan asılı olduğunu obrazların dili ilə əks etdirmişdir. Müəllif müharibə qoxulu yazılarında da insanlığı hərbin üstünə getməyə, qeyri-insani əməllərdən çəkinməyə çağırır.

Nəsr kitabları

  1. Dumduru su (hekayələr). 1987
  2. Ulartı (hekayələr, radiopyeslər). 1999
  3. Dəhrə (hekayələr, nağıllar (uşaqlar üçün)). 2004
  4. Qar ağlığı (hekayələr). 2008
  5. Burda yer fırlanmırdı (hekayələr, roman). 2011
  6. “Burada kişi var?” (hekayələr) – 2013
  7. Şəhərcik (roman) - 2014
  8. Müharibə uşaqları (Silsilə hekayələr) - Alatoran nəşriyyatı, 2015
  9. Kuma-Manıç çəkəkliyi (roman) - Xan nəşriyyatı, 2016

Elmi-publisistik kitabları

  1. Aşiqlər. 1998
  2. Əbədi işıq. 2004
  3. Yol – Mincivandan Amerikaya. 2007
  4. Aşiqlər (təkmilləşdirilmiş yeni nəşr). 2008
  5. Zəngəzur qazisi Bəhlul Behcət. 2009
  6. Yaxın-uzaq dostlara məktublar. 2010
  7. Qaçaq Fərzalı (bədii-tarixi oçerk) - Xan nəşriyyatı, 2016

Filmoqrafiya

  • Aşiqlər” kitabı əsasında çəkilmiş sənədli filmin ssenari müəllifi (C.Yusifzadə ilə birgə)

Mənbə

  • "Əbədi işığın nuruyla". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 227.