Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi — ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 14 yanvar 1998 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Ünvan | AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 40, Hökumət evi, III Qapı |
Rəhbərlik | |
Sədr | Bahar Muradova |
Müavinlər |
Sədaqət Qəhrəmanova Aynur Sofiyeva |
|
|
Rəsmi saytı | scfwca.gov.az |
Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Milli Məclis tərəfindən qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.
2005-ci ildə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.
Azərbaycanın 3 regionunda — Mingəçevir, Goranboy və Şüvəlanda ailələrə və uşaqlara dəstək mərkəzləri açılıb istifadəyə verilmişdir. Mərkəzlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə yaradılmışdır.
15 sentyabr 2006-cı ildə Nazirlər Kabinetinin 211 № li qərarı ilə "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir.