Gəray Fəzli
Gəray Fəzli | |
---|---|
Doğum tarixi | 14 noyabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 1995 (70 yaşında) |
Fəaliyyəti | Şair, nasir, publisist |
Gəray Fəzli - Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist.
Həyatı
1925-ci il noyabrın 14-də Dağıstanın Rutul rayonunda anadan olmuşdur, Azərbaycanın Qax rayonunda boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.
Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyir.
Əsərləri
Nəsr əsərləri
- "İldırımlı dağlar" romanı (1972)
- "Kəhrəba işığında"(1974)
- "Yeddi ulduzlu səma"(1978)
- "Gecə günəşi" (1981)
- "Bir qəlbin asimanı" (1983)
Şeirləri
- "Mənim səsim" kitabı (1956)
Şeirlərinə yazılmış mahnılar
- Hüseynağa Hadıyev - "Sən olmuşam" mahnısı - musiqisi Emin Sabitoğlunundur
- Gülyaz Məmmədova - Kür boyunda - musiqisi Telman Hacıyevindir
- Bariton və xor üçün "Dünya xalqları sülhün keşiyində" adlı vokal-simfonik poema - musiqisi Əfrasiyab Bədəlbəylinindir
- "Xatirə" - musiqisi Süleyman Ələsgərovundur
Filmoqrafiya
Qaynaq
- 2015-ci il üçün əlamətdar və tarixi günlər təqvimi, səh. 301
- Ələsgər Cabbarov - Güllələnmiş səsin həkayəti, Azərbaycan, səh. 6, 30 iyul 20009.