Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Emin Mahmudov .
Emin Sabitoğlu (doğum adı : Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937 , Bakı – 18 noyabr 2000 , Bakı ) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub[ 1] . Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961).
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası ) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı , 9 musiqili komediya , 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt , Gəncə , Lənkəran , Mingəçevir , Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.
Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı )
5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[ 2] .
2022-ci ildə bəstəkarın 85 illik yubileyi Vyanada qeyd olunmuşdur[ 3] .
Səs operatoru kimi
Musiqi tərtibatçısı kimi
Bəstəkar kimi
Azərbaycanın subtropiklərində (film, 1963) (qısametrajlı sənədli film)
Kür (film, 1963) (qısametrajlı sənədli film)
Yollar və küçələrlə (film, 1963) (qısametrajlı sənədli film)
Dağ meşəsindən keçərkən… (film, 1964) (qısametrajlı bədii film)
Dəniz (film, 1965) (qısametrajlı sənədli film)
Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
Azəri teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film)
Dostların ölkəsində (film, 1966) (qısametrajlı sənədli film)
O geri çəkilməlidir (film, 1966) (qısametrajlı sənədli film)
Salam, Azərbaycan! (film, 1966) (qısametrajlı sənədli film)
Səməd Vurğun (film, 1966) (qısametrajlı sənədli film)
Azərbaycan çayı (film, 1967) (qısametrajlı sənədli film)
Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film)
Poçt qutusu (film, 1967) (qısametrajlı bədii film)
Sahil bağı (film, 1967) (qısametrajlı bədii film)
Bizim Cəbiş müəllim (film, 1969) (tammetrajlı bədii film)
Çiçək yağışı (film, 1971) (qısametrajlı sənədli film)
Gün keçdi (film, 1971) (tammetrajlı bədii film)
Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film)
Qeyri-adi ov (film, 1974) (qısametrajlı sənədli film)
Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film)
Ad günü (film, 1977) (tammetrajlı bədii film)
Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film)
Od içində (film, 1978) (tammetrajlı bədii film)
Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film)
İstintaq (film, 1979) (tammetrajlı bədii film)
Onun bəlalı sevgisi (film, 1980) (tammetrajlı bədii film)
Bağlı qapı (film, 1981) (tammetrajlı bədii film)
Evləri köndələn yar (film, 1982) (televiziya tamaşası)
Park (film, 1983) (tammetrajlı bədii film)
Bəyin oğurlanması (film, 1985) (tammetrajlı bədii film)
Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
Özgə ömür (film, 1987) (tammetrajlı bədii film)
Yaramaz (film, 1988) (tammetrajlı bədii film)
Gülüş sanatoriyası (film, 1989) (televiziya tamaşası)
Ölsəm... bağışla (film, 1989) (tammetrajlı bədii film)
Balıqların harayı (film, 1990) (qısametrajlı sənədli film)
Qətldən yeddi gün sonra (film, 1991) (tammetrajlı bədii film)
Mənim çörəkli dünyam (film, 1991) (qısametrajlı sənədli film)
Təhminə (film, 1993) (tammetrajlı bədii film)
Həm ziyarət, həm ticarət... (film, 1995) (tammetrajlı bədii film)
Otel otağı (film, 1998) (tammetrajlı bədii film)
Əsərlərindən istifadə olunan filmlər
Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
Payız melodiyaları (film, 1974) (tammetrajlı sənədli televiziya film-konserti)
Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
De ki, məni sevirsən! (film, 1977) (tammetrajlı bədii film)
Nəğməkar torpaq (film, 1981) (tammetrajlı musiqili film)
Salam, Zeynəb! (film, 1982) (qısametrajlı sənədli film)
Dairə (film, 1989) (qısametrajlı bədii film)
Qayıdış (film, 1992) (qısametrajlı sənədli film)
Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
Evləri göydələn yar (film, 2010) (tammetrajlı bədii film)
Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film)
İştirak etdiyi filmlər
Aktyor kimi
Haqqında çəkilən film
"Bu dənizin gözü yaşlı sənsiz…" //Xalq.- 2002.- 26 noyabr.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.