Sunami

Vikipediya, azad ensiklopediya
Fredo90 (müzakirə | töhfələr) (Fredo90 Sunami səhifəsinin adını Tsunami olaraq dəyişdi.: Yalnış adlandırma) tərəfindən edilmiş 17:19, 7 aprel 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Sunami təhlükəsi siqnalı
Sunami təhlükəsi siqnalı

Tsunami okeanda Zəlzələ nəticəsində yaranan su dalğasıdır. Zəlzələnin gücündən asılı olaraq sunami dalğasının böyüklüyü artır və quruda yaşayan insanların yaşayışına təhlükəli olur. İndoneziyada 2004-cü ildə Hind okeanında baş verən zəlzələ nəticəsində böyük dalğalar yaranıb çoxlu insanları həlak etmişdir.

"Tsunami" sözü Yaponcada "liman dalğası" mənasını verir.

Tsunami bir dalğadan ibarət olmur, bir neçə dalğalar ardıcıllığıdır.

Böyük tsunamidə bu dalğa ardıcıllığı bir saatdan çox davam edə bilər və bu dalğaların şiddəti və böyüklüyünün getdikcə azalacağına zəmanət verilmir. Tsunaminin baş vermə səbəbi dənizaltında reallaşan zəlzələlərdir.[1] Tsunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır.

Yerüstü su "çatışmazlığı" bədii illüstrasiyalar dalğası ilə bağlıdır. Belə çıxır ki, çox böyük çatışmazlığı çox böyük bir dalğanın gəlişi xəbər verə bilər.

Tsunamilərin 80 faizi Sakit okeanda baş verir.

Dənizaltındakı zəlzələlərin tsunamiyə gətirib çıxarmağı nəzəriyyəsini ilk dəfə Yunan tarixçisi Thucydides, tərəfindən kəşf edilib.

Vulkanik partlayışlar, böyük sürüşmələr, dənizaltındakı nüvə partlayışları və tropik qasırğalar da tsunami meydana gəlməsinə səbəb ola bilər. Myanmar 2008-ci ildə baş vermiş tsunami böyük dağıntılara səbəb olmuş və 200 minə yaxın insan həyatını itirmişdi.

Okeanda tsunami dalğalarının yüksəkliyi bir metr qədərdir, dalğa uzunluğu, yəni iki dalğa arasındakı uzaqlıq 40 metrə qədərdir. Dalğaların sürəti isə saatda 800 kilometrdir.

Tsunami okeanın dayaz bölgələrinə çatdıqca, dalğa uzunluğu daralar və yüksəkliyi artar, sürəti isə azalaraq saatda 80 kilometrə düşər.

Tsunamini əvvəlcədən təxmin etmək qeyri-mümkündür. Əgər sahildəki sular birdən çəkilsə, bir neçə dəqiqə əvvəldən xəbərdarlıq etmək mümkündür.

3D formatında sunami

2004-cü ildə Hind Okeanında baş verən tsunamidə yuxarıdakı məlumatı istifadə edən 10 yaşındakı İngilis Tilly Smith, yüzə yaxın adamın həyatını qurtarmışdır. Sahil suların geri çəkilməsinin tsunami göstəricisi ola biləcəyini öyrənən Smith, ailəsi və ətrafındakıların xilas olmasını təmin etmişdir. Tilly Smith, daha sonra BMT-də bu mövzuyla əlaqədar çıxış etmişdir.[2]

Mənbə

  1. Məsələn, ABŞ Geoloji Araşdırmalar İnstitutuna bildirdiyinə görə, Samoadakı fəlakətin arxasında 8,3 bal gücündəki zəlzələ dayanır.
  2. http://faktxeber.com/6361_sunami-bar601d601-10-h601qiq601t.html

Şablon:Commons2