Rəşid Mehdiyev

Vikipediya saytından
Barselona99 (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:44, 29 sentyabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rəşid Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1990(1990-07-26)
Doğum yeri
Vəfat tarixi 2 aprel 2016(2016-04-02) (25 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı

Rəşid Mehdiyev (d. 26 iyul 1990, Salyan, Azərbaycan - ö. 5 aprel 2016, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. "İgidliyə görə" medalı ilə təltif olunub.

Həyatı

Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul tarixində Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Hərbi xidməti

Rəşid Mehdiyev 2016-cı ilin aprelin 5-i Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Vətəni uğrunda canından keçən Rəşid Mehdiyev

Aprel döyüşləri

Rəşid Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. 2016-cı ilin 7 may tarixində Salyanda, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə medal baş leytenant Mehdiyevin anasına təqdim olundu.

İstinadlar