Rəşid Mehdiyev

Rəşid Rövşən oğlu Mehdiyev (d. 26 iyul 1990; Salyan, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Rəşid Mehdiyev
Rəşid Rövşən oğlu Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Baş leytenant
Təltifləri "İgidliyə görə" III dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rəşid Mehdiyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]