Amagi Brilliant Park
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Amagi Brilliant Park | |
Birinci cildin üzlüyü. Personajlar: Seyya Kanie (solda) və İsuzu Sento (sağda). | |
甘城ブリリアントパーク (Amagi Buririanto Pāku) azərb. Amaqi Brilyant Parkı | |
---|---|
Janr | fentezi, romantik komediya |
Manqa | |
Manqaka | Şoci Qato |
Rəssam | Yuka Nakacima |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 20 fevral 2013 – hazırda |
Cildlər | 8 (cild siyahısı) |
Manqa | |
Amagi Brilliant Park: Maple Summoner | |
Manqaka | Keyşo Yanaqava |
Rəssam | Yuka Nakacima |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 18 oktyabr 2014 – 20 fevral 2015 |
Cildlər | 3 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şoci Qato |
Rəssam | Kimitake Yoşioka |
Nəşriyyat | Fujimi Shobo |
Jurnal | Monthly Dragon Age |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 8 fevral 2014 – 9 sentyabr 2016 |
Cildlər | 6 (cild siyahısı) |
Fəsil sayı | 32 |
Manqa | |
Amagi Brilliant Park? Fumo | |
Yazıçı | Şoci Qato |
Rəssam | Koci Azuma |
Nəşriyyat | Fujimi Shobo |
Jurnal | Monthly Dragon Age |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 9 may 2014 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
Rejissor | Yasuhiro Takemoto |
Prodüsser | Şinci Horikiri Şunsuke Matsumura Tomohito Naqase Yoşihisa Nakayama Yuiçi Yamada |
Ssenarist | Fumihiko Şimo |
Bəstəkar | Şinkiçi Mitsumune |
Studiya | Kyoto Animation |
Digər lisenziyalar | |
Kanal | TBS, TBC, RKB, MBS, CBC, BS-TBS, TUT |
Buraxılış tarixi | 6 oktyabr 2014 – 25 dekabr 2014 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Rejissor | Yasuhiro Takemoto |
Ssenarist | Fumihiko Şimo |
Bəstəkar | Şinkiçi Mitsumune |
Studiya | Kyoto Animation |
Digər lisenziyalar | |
Vaxt | 25 dəq. |
Manqa | |
Amagi Brilliant Park The Animation | |
Yazıçı | AmaBri Restoration Committee |
Rəssam | Ami Hakui |
Nəşriyyat | Kadokawa |
Jurnal | ComicWalker |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2014 – hazırda |
Cildlər | 3 (cild siyahısı) |
Amagi Brilliant Park (甘城ブリリアントパーク, Amagi Buririanto Pāku?, azərb. Amaqi Brilyant Parkı) — Yuka Nakacimanın rəssamlığı ilə Şoci Qato tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası Seyya Kanie adlı narsist oğlanın Mapl adlı fentezi ölkəsindən gələnlər tərəfindən təşkil olunmuş Amaqi Brilyant Parkını xilas etməyə çalışmasından bəhs edir. İlk cildi 20 fevral 2013-cü ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır. 18 iyun 2016-cı ilə kimi isə 8 cildi nəşr olunmuşdur. "Amagi Brilliant Park: Maple Summoner" adlı spin-off ranobesinin isə 2014-2015-ci illərdə 3 cildi çapdan çıxmışdır.
Üç manqa adapastiyası istehsal olunmuşdur. Kimitake Yoşioka tərəfindən hazırlanan birinci manqa Fujimi Shobo tərəfindən 2014-cü ilin fevralında 2016-cı ilin sentyabrına kimi nəşr olunmuşdur. Koci Azuma tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin mayından Fujimi Shobo tərəfindən nəşr olunur. Ami Hakui tərəfindən hazırlanan üçüncü manqa 2014-cü ildən Kadokawa tərəfindən çap olunur. Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 6 oktyabr 2014-cü ildən 25 dekabr 2014-cü ilə kimi kimi yayımlanmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun
Seyya Kanie yaraşıqlı, bacarıqlı və ağıllı lisey tələbəsidir. Lakin narsist şəxsiyyətinə görə heç bir dostu yoxdur. Bir gün İsuzu Sento adlı müəmmalı qız onu görüşə dəvət edir və maliyyə problemləri üzündən bağlanmaq ərəfəsində olan Amaqi Brilyant Parkı adlı əyləncə parkına aparır. Məlum olur ki, bu əyləncə parkı əslində Mapl adlı sehrli krallıqdan gəlmiş sakinlər tərəfindən qurulub. Onlar əyləncə parkında insanları əyləndirərək sehr enerjisi toplayırlar. Əgər park bağlanarsa, o zaman Mapl sakinləri insanların diyarında yaşaya bilməzlər.
Parkı bağlanmaqdan xilas etmək istəyən Mapl şahzadəsi Latifa Flürantsa Seyyaya parkın yeni direktoru olmağı və bacarıqlarından istifadə edərək parkı xilas etməyi təklif edir. Seyya əvvəlcə tərəddüd etsə də, sonda təklifi qəbul etməli olur. Parkın bağlanmaması üçün qoyulan şərt sadəcə 3 ay ərzində 250.000 ziyarətçi çəkməkdir.
Personajlar
Əsas
- Seyya Kanie (可児江 西也, Kanie Seiya?)
- Səsləndirən: Koki Uçiyama[1]
- Seyya seriyanın baş qəhrəmanıdır. Çox ağıllı, əla refleksləri olan və narsist şəxsiyyət malik lisey tələbəsidir. Uşaq ikən əyləncə sahəsində işləmiş və səhnə adı Seyya Kodama olmuşdur. İsuzuya görə hər bir valideyn bu cür uşaqla fəxr edə bilərdi. Buna baxmayaraq, Seyya İsuzuya artıq "öldüyünü" deyir. Latifah Seyyanı öpərək ona insanların nə düşündüklərini eşitməyə yarayan sehr verir, lakin bu sehr bir insanda sadəcə bir dəfə yarayır. Uşaq ikən Seyya bir dəfə Latifa ilə qarşılaşmışdı, lakin onun lənəti haqqında öyrənənə qədər bunu xatırlamır. Onun adı Kanye Uest ilə əlaqədardır.[2]
- İsuzu Sento (千斗 いすず, Sento Isuzu?)
- Səsləndirən: Ay Kakuma[1]
- Kral mühafizəçisidir. Seyyaya onunla birlikdə görüşə çıxmağa və Amaqi Brilyant Parkına getməyə məcbur edir. Stoist şəxsiyyətə malikdir, nadir hallarda emosiyalarını büruzə verir. Buna baxmayaraq, çox həssasdır. Seyyanın gəlişinə qədər parkı o idarə edirdi, lakin kral mühafizəçisi kimi aldığı tərbiyəyə və işçilər arasındakı mənfi reputasiyasına görə işinin öhdəsindən layiqincə gəlməmişdir. Seyyanın gəlişindən sonra onun katibəsi olur. Seyya ilə tanış olandan sonda şəxsiyyətində az da olsa dəyişiklik olur və ona qarşı sevgi hisləri bəsləməyə başlayır, lakin bunu etiraf etməkdən imtina edir. İsuzu Şteynberqer adlı sehrli ağızdan doldurmalı tapança gəzdidir. Tapança sehrli olduğundan bədəninin içərisində saxlayır və istədiyi yerdən çıxara bilər. Tapança üçün müxtəlif sehrli güllələr qoyula bilər. Güllərin müxtəlif effektləri olur: bəzi güllələr yaddaşı poza, bəziləri isə sadəcə ağrıya səbəb ola bilər.
- Latifa Flürantsa (ラティファ・フルーランザ, Ratifa Furūranza?)
- Səsləndirən: Yukiyo Fucii[1]
- Mapl diyarının şahzadəsidir. Seyyanı öpərək ona sehrli güc verir. Trikenə görə Latifa Mofflın qardaşı qızıdır. Bədəni çox zəif olduğundan sehrli barikada ilə çevrlənmiş bağçasını tərk edə bilmir. Ranobedə Latifa kordur. Belə ki, onun bədəni bir sehrbaz tərəfindən lənətlənib. Lənətə görə onun yaddaşı və yaşı hər il yenilənir, bu isə o deməkdir ki, Latifa artıq 10 ildən çoxdur ki, 14 yaşındadır. Onun adı Kuin Latifa ilə əlaqəlidir.[2]
İşçilər
Talismanlar
Elementario
Digər işçilər
Digər
Media
Ranobe
Cild siyahısı
Manqa
Cild siyahıları
Anime
Seriya siyahısı
İstinadlar
- ↑ 1 2 3 "Kouki Uchiyama, Ai Kakuma, Yukiyo Fujii Star in KyoAni's Amagi Brilliant Park TV Anime". Anime News Network. August 9, 2014. İstifadə tarixi: 12 oktyabr 2016.
- ↑ 1 2 "ラノベ質問状 : 「甘城ブリリアントパーク」 賀東招二が遊園地で着想 ヒップホップの影響も" (Japanese). Mainichi Shimbun. August 1, 2014. İstifadə tarixi: 12 oktyabr 2016.
Xarici keçidlər
- Manqa seriyaları
- 2013-cü ilin romanları
- 2014-cü ilin romanları
- 2014-cü ilin manqaları
- 2014-cü ilin anime serialları
- 2015-ci ilin anime OVA-ları
- Yaponiya fentezi romanları
- Yaponiya komediya romanları
- Yaponiya sevgi romanları
- Yapon dilində romanlar
- Şonen anime və manqaları
- Fentezi anime və manqaları
- Romantik komediya anime və manqaları
- Fujimi Fantasia Bunko
- Fujimi Shobo manqaları
- Kadokawa Shoten manqaları
- Kyoto Animation
- Madman Entertainment animeləri
- Sentai Filmworks
- Tokyo Broadcasting System verilişləri
- Mainichi Broadcasting System verilişləri
- Yaponiya veb-komiksləri
- Çap olunmuş veb-komikslər
- Ranobelərə əsaslanan anime və manqalar
- Ranobelərə əsaslanan televiziya verilişləri
- Uydurmada narsissizm
- Uydurmada əyləncə parkları