Manqa (漫画, マンガ?) və ya kommiku (コミック?) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]
Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur. 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[4]2007-ci ilin məlumatına görə Yaponiyada manqa bazarının həcmi 406 milyard ¥, 2009-cu ildə isə 420 milyard ¥ təşkil etmişdir.[5] Manqaların ancaq Yaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[6]2012-ci ildə Avropada və Orta Şərqdə manqa bazarının həcmi 250 milyon $ ilə ölçülmüşdür.[7]2008-ci ildə ABŞ və Kanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[8] Lakin rəngli manqalar da mövcuddur (məsələn, "Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraq tankobon cildlər şəklində buraxılır.[9] Manqa üzərində işləyən sənətçiyə manqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[10] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasında anime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[11] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[12]
"Manqa" sözünün yapon dilindəki qarşılığı 漫画 kanciləri ilə ifadə edilir.[15] Bu sözün birinci kancisi 漫 (man) "şıltaq və ya hazırlıqsız" mənasını, ikinci kancisi 画 (ga) isə "şəkillər" mənasını verir.[16]
"Manqa" sözü Santo Kyodennin"Shiji no yukikai" şəkilli kitabının (1798) çap olunmasında sonra[17][18] XVIII əsrdə[19] və Aykava Minvanın "Manga hyakujo" (1814) əsərinin və məşhur ukiyo-e rəssamı Katsuşika Hokusayın eskizlərindən ibarət məşhur "Hokusai Manga" kitablarının (1814–1834) nəşr olunmasından sonra XIX əsrin əvvəllərində geniş şəkildə istifadə olunmağa başlamışdır.[20] Sözdən müasir mənası ilə ilk dəfə Rakuten Kitazava (1876–1955) istifadə etmişdir.[21]
İlk dəfə, bu sözü "karikatura" mənasında gec Meyci dövründə (1868-1912) iştətməyə başladılar.[22] Müasir yapon dilində "manqa" sözü bütün komiks, karikatura və animasiya növləri üçün istifadə olunur. Xarici ölkələrdə "manqa" sözü əsasən "Yaponiya komiksləri" mənasında işlədilir. Animasiya rəsmlərindən istifadə edilərək istehsal olunmuş komiksləri təsvir etmək üçün "ani-manqa" terminindən istifadə olunur.[23]
Müasir manqaların tarixi Yaponiyanın işğal dövründə (1945-1952) və işğaldan sonrakı illərdə (1952-1960-cı illərin əvvəlləri) formalaşmışdır.
Manqa tarixçiləri müasir manqaların yaranması prosesində iki amili qeyd edirlər. Birinci amil ABŞ-nin Yaponiya işğalı illərində (1946-1952) ABŞ-nin mədəni təsirləridir. Bu dövrdə hərbçilər tərəfindən Yaponiyaya gətirilmiş ABŞ televiziya, film və karikatura şəkilləri və mövzuları (xüsusilə Disney) manqaların formalaşması prosesinə təsir etmişdir. Frederik Şodt, Kinko İto və Adam Kern kimi yazıçılar tərəfindən dəstəklənən baxış isə Yaponiyanın mədəni və estetik ənənələrinin (müharibədən öncə, Meyci dövrü və Meyci dövründən əvvəl mədəniyyət və incəsənət) təsirlərini vurğulayır.
Manqa sənətinin inkişafının ən sürətli inkişafı müharibədən sonrakı dövrə təsadüf edir. Xüsusilə, Osamu Tezuka ("Astro Boy") və Maçiko Haseqava ("Sazae-san") kimi manqakalar bu dövrün ən parlaq simalarıdır. "Astro Boy" Yaponiyada böyük populyarlıq əldə etmişdir. "Sazae-san" yonkomasının anime adaptasiyası isə 1969-cu ildən fasiləsiz yayımlanmaqdadır. Tezuka və Haseqava manqa stilində yeniliklər gətirmişdilər.
Yaponiyada hər yaşdan insan manqa oxuyur,[24] ona həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də ən müxtəlif janrlarda və müxtəlif mövzulara aid çoxlu sayda manqalar mövcuddur: macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, dəhşət, erotika, biznes və s.[24] Demək olar ki, bütün manqalar ağ-qara çəkilir, hərçənd az miqdarda rəngli manqalar da var. Populyar manqalar, xüsusilə uzun manqa seriyaları (bəzən bitməyən) əsasında anime çəkilir.
Yaponiyada nəşriyyat məhsularının 1/4-ni manqalar təşkil edir. Demək olar ki bütün Yaponiya nəşriyyat evləri manqa dərc edir. Qərb komikslərinin təsiri altında inkişaf etməsinə baxmayaraq manqalar qrafik və bədii cəhətdən onlardan kəskin fərqlənir. İlk dəfə Osamu Tezukanın "böyük gözlər" stilində" çəkdiyi baş qız qəhrəmanlar, sonradan digər bütün manqalara təsirsiz ötüşməyib və böyük gözlər yapon manqasının fərqləndirici cəhətlərindən birinə çevrilmişdir.
Digər ən mühüm cəhət manqaların sağdan sola oxunmasıdır, səbəb isə yapon məktublarında heroqlif sütunlarının məhz belə yazılmasıdır.
ABŞ-də bir çox rəssamlar manqa stilində komiks və karikatura çəkmişdirlər. İlk belə komiks nümunələrini ABŞ komiksçisi Vernon QrantYaponiyada yaşayarkən 1960-cı illərin sonlarında və 1970-ci illərin əvvəllərində yaratmışdır.[25] Manqa stilində çəkilmiş ən tanınmış ABŞ komiksləri Frank Millerin "Ronin" komiksi (1980-ci illərin ortaları), Adam Uorren və Toren Smitin "The Dirty Pair" komiksi (1988),[26] Ben Dunnun "Ninja High School" komiksi (1987) və Uilyam Tukkinin "Manga Shi 2000" (1997) komiksidir.
XXI əsrdəABŞ-də manqa istehsalı sürətlənmişdir.[27]2002-ci ildə I.C. Entertainment ABŞ rəssamları tərəfindən istehsal olunan amerimanqaları nəşr etməyə başlamışdır.[28]2004-cü ildə eigoMANGA"Rumble Pak" və "Sakura Pakk" antologiya seriyalarını nəşr etmişdir. Manqa stilində çəkilmiş bu cür ABŞ komiksləri əsasən orijinal ingilisdilli manqa (OİD manqa) adı ilə tanınır.[29][30]
Fransa komiksçiləri manqa stilində komikslərin bir neçə versiyası yaratmışdırlar (manfra). Bunlardan biri banisi Frederik Bale olan novella manqadır. Bale Fransa və Yaponiyada işləmiş, Yaponiya manqakaları ilə əməkdaşlıq etmişdir.[31]
Yaponiya manqa sənayesində bir çox mükafatlar təsis olunub. Mükafatların böyük hissəsi nəşriyyatların sponsorluğu ilə verilir. Bu cür mükafatlara nümunələr:
Clements, Jonathan; McCarthy, Helen. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917, Revised and Expanded Edition. Berkeley, California: Stone Bridge Press. 2006. ISBN1-933330-10-4.
Katzenstein, Peter J.; Shiraishi, Takashi. Network Power: Japan in Asia. Ithaca, New York: Cornell University Press. 1997. ISBN978-0-8014-8373-8.
Kern, Adam. Manga from the Floating World: Comicbook Culture and the Kibyōshi of Edo Japan. Cambridge: Harvard University Press. 2006. ISBN978-0-674-02266-9.
Kern, Adam. "Symposium: Kibyoshi: The World's First Comicbook?". International Journal of Comic Art (9). 2007: 1–486.
Mahousu. "Les editeurs des mangas". self-published. January 2005. 2013-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
Masters, Coco. "America is Drawn to Manga". Time Magazine. 10 August 2006.
Ōgi, Fusami. "Female subjectivity and shōjo (girls) manga (Japanese comics): shōjo in Ladies' Comics and Young Ladies' Comics". The Journal of Popular Culture. 36 (4). 2004: 780–803. doi:10.1111/1540-5931.00045.
Perper, Timothy; Cornog, Martha. "Eroticism for the masses: Japanese manga comics and their assimilation into the U.S.". Sexuality & Culture. 6 (1). 2002: 3–126. doi:10.1007/s12119-002-1000-4.
Perper, Timothy; Cornog, Martha. Sex, love, and women in Japanese comics // Francoeur, Robert T.; Noonan, Raymond J. (redaktorlar ). The Comprehensive International Encyclopedia of Sexuality. New York: Continuum. 2003. ISBN978-0-8264-1488-5.
Schodt, Frederik L. The Astro Boy Essays: Osamu Tezuka, Mighty Atom, and the Manga/Anime Revolution. Berkeley, California: Stone Bridge Press. 2007. ISBN978-1-933330-54-9.
Shimizu, Isao. 日本漫画の事典 : 全国のマンガファンに贈る (Nihon Manga no Jiten – Dictionary of Japanese Manga) (Japanese). Sun lexica. June 1985. ISBN4-385-15586-0.
Stewart, Bhob. "Screaming Metal". The Comics Journal (94). October 1984.
Tai, Elizabeth. "Manga outside Japan". Star Online. 23 September 2007. 12 October 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.