Amagi Brilliant Park

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (→‎Elementario) tərəfindən edilmiş 11:43, 13 oktyabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Amagi Brilliant Park
Birinci cildin üzlüyü. Personajlar: Seyya Kanie (solda) və İsuzu Sento (sağda).
甘城ブリリアントパーク
(Amagi Buririanto Pāku)
azərb. Amaqi Brilyant Parkı
Janr fentezi, romantik komediya
Manqa
ManqakaŞoci Qato
RəssamYuka Nakacima
NəşriyyatFujimi Shobo
Demoqrafiyakişilər
Nəşr tarixi20 fevral 2013 – hazırda
Cildlər8 (cild siyahısı)
Manqa
Amagi Brilliant Park: Maple Summoner
ManqakaKeyşo Yanaqava
RəssamYuka Nakacima
NəşriyyatFujimi Shobo
Demoqrafiyakişilər
Nəşr tarixi18 oktyabr 2014 – 20 fevral 2015
Cildlər3 (cild siyahısı)
Manqa
YazıçıŞoci Qato
RəssamKimitake Yoşioka
NəşriyyatFujimi Shobo
JurnalMonthly Dragon Age
Demoqrafiyaşonen
Nəşr tarixi8 fevral 2014 – 9 sentyabr 2016
Cildlər6 (cild siyahısı)
Fəsil sayı32
Manqa
Amagi Brilliant Park? Fumo
YazıçıŞoci Qato
RəssamKoci Azuma
NəşriyyatFujimi Shobo
JurnalMonthly Dragon Age
Demoqrafiyaşonen
Nəşr tarixi9 may 2014 – hazırda
Cildlər2 (cild siyahısı)
Anime
RejissorYasuhiro Takemoto
ProdüsserŞinci Horikiri
Şunsuke Matsumura
Tomohito Naqase
Yoşihisa Nakayama
Yuiçi Yamada
SsenaristFumihiko Şimo
BəstəkarŞinkiçi Mitsumune
StudiyaKyoto Animation
Digər lisenziyalar
Madman Entertainment
Sentai Filmworks
Animatsu Entertainment
KanalTBS, TBC, RKB, MBS, CBC, BS-TBS, TUT
Buraxılış tarixi6 oktyabr 2014 – 25 dekabr 2014
Seriyalar13 (seriya siyahısı)
Anime
RejissorYasuhiro Takemoto
SsenaristFumihiko Şimo
BəstəkarŞinkiçi Mitsumune
StudiyaKyoto Animation
Digər lisenziyalar
Sentai Filmworks
Vaxt25 dəq.
Manqa
Amagi Brilliant Park The Animation
YazıçıAmaBri Restoration Committee
RəssamAmi Hakui
NəşriyyatKadokawa
JurnalComicWalker
Demoqrafiyaşonen
Nəşr tarixi2014 – hazırda
Cildlər3 (cild siyahısı)
  Anime və manqa portalı

Amagi Brilliant Park (甘城ブリリアントパーク, Amagi Buririanto Pāku?, azərb. Amaqi Brilyant Parkı‎) — Yuka Nakacimanın rəssamlığı ilə Şoci Qato tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası Seyya Kanie adlı narsist oğlanın Mapl adlı fentezi ölkəsindən gələnlər tərəfindən təşkil olunmuş Amaqi Brilyant Parkını xilas etməyə çalışmasından bəhs edir. İlk cildi 20 fevral 2013-cü ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır. 18 iyun 2016-cı ilə kimi isə 8 cildi nəşr olunmuşdur. "Amagi Brilliant Park: Maple Summoner" adlı spin-off ranobesinin isə 2014-2015-ci illərdə 3 cildi çapdan çıxmışdır.

Üç manqa adapastiyası istehsal olunmuşdur. Kimitake Yoşioka tərəfindən hazırlanan birinci manqa Fujimi Shobo tərəfindən 2014-cü ilin fevralında 2016-cı ilin sentyabrına kimi nəşr olunmuşdur. Koci Azuma tərəfindən istehsal olunmuş ikinci manqa 2014-cü ilin mayından Fujimi Shobo tərəfindən nəşr olunur. Ami Hakui tərəfindən hazırlanan üçüncü manqa 2014-cü ildən Kadokawa tərəfindən çap olunur. Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 6 oktyabr 2014-cü ildən 25 dekabr 2014-cü ilə kimi kimi yayımlanmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, AvstraliyaYeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.

Məzmun

Seyya Kanie yaraşıqlı, bacarıqlı və ağıllı lisey tələbəsidir. Lakin narsist şəxsiyyətinə görə heç bir dostu yoxdur. Bir gün İsuzu Sento adlı müəmmalı qız onu görüşə dəvət edir və maliyyə problemləri üzündən bağlanmaq ərəfəsində olan Amaqi Brilyant Parkı adlı əyləncə parkına aparır. Məlum olur ki, bu əyləncə parkı əslində Mapl adlı sehrli krallıqdan gəlmiş sakinlər tərəfindən qurulub. Onlar əyləncə parkında insanları əyləndirərək sehr enerjisi toplayırlar. Əgər park bağlanarsa, o zaman Mapl sakinləri insanların diyarında yaşaya bilməzlər.

Parkı bağlanmaqdan xilas etmək istəyən Mapl şahzadəsi Latifa Flürantsa Seyyaya parkın yeni direktoru olmağı və bacarıqlarından istifadə edərək parkı xilas etməyi təklif edir. Seyya əvvəlcə tərəddüd etsə də, sonda təklifi qəbul etməli olur. Parkın bağlanmaması üçün qoyulan şərt sadəcə 3 ay ərzində 250.000 ziyarətçi çəkməkdir.

Personajlar

Əsas

Seyya Kanie (可児江 西也, Kanie Seiya?)
Səsləndirən: Koki Uçiyama[1]
Seyya seriyanın baş qəhrəmanıdır. Çox ağıllı, əla refleksləri olan və narsist şəxsiyyət malik lisey tələbəsidir. Uşaq ikən əyləncə sahəsində işləmiş və səhnə adı Seyya Kodama olmuşdur. İsuzuya görə hər bir valideyn bu cür uşaqla fəxr edə bilərdi. Buna baxmayaraq, Seyya İsuzuya artıq "öldüyünü" deyir. Latifah Seyyanı öpərək ona insanların nə düşündüklərini eşitməyə yarayan sehr verir, lakin bu sehr bir insanda sadəcə bir dəfə yarayır. Uşaq ikən Seyya bir dəfə Latifa ilə qarşılaşmışdı, lakin onun lənəti haqqında öyrənənə qədər bunu xatırlamır. Onun adı Kanye Uest ilə əlaqədardır.[2]
İsuzu Sento (千斗 いすず, Sento Isuzu?)
Səsləndirən: Ay Kakuma[1]
Kral mühafizəçisidir. Seyyaya onunla birlikdə görüşə çıxmağa və Amaqi Brilyant Parkına getməyə məcbur edir. Stoist şəxsiyyətə malikdir, nadir hallarda emosiyalarını büruzə verir. Buna baxmayaraq, çox həssasdır. Seyyanın gəlişinə qədər parkı o idarə edirdi, lakin kral mühafizəçisi kimi aldığı tərbiyəyə və işçilər arasındakı mənfi reputasiyasına görə işinin öhdəsindən layiqincə gəlməmişdir. Seyyanın gəlişindən sonra onun katibəsi olur. Seyya ilə tanış olandan sonda şəxsiyyətində az da olsa dəyişiklik olur və ona qarşı sevgi hisləri bəsləməyə başlayır, lakin bunu etiraf etməkdən imtina edir. İsuzu Şteynberqer adlı sehrli ağızdan doldurmalı tapança gəzdidir. Tapança sehrli olduğundan bədəninin içərisində saxlayır və istədiyi yerdən çıxara bilər. Tapança üçün müxtəlif sehrli güllələr qoyula bilər. Güllərin müxtəlif effektləri olur: bəzi güllələr yaddaşı poza, bəziləri isə sadəcə ağrıya səbəb ola bilər.
Latifa Flürantsa (ラティファ・フルーランザ, Ratifa Furūranza?)
Səsləndirən: Yukiyo Fucii[1]
Mapl diyarının şahzadəsidir. Seyyanı öpərək ona sehrli güc verir. Trikenə görə Latifa Mofflın qardaşı qızıdır. Bədəni çox zəif olduğundan sehrli barikada ilə çevrlənmiş bağçasını tərk edə bilmir. Ranobedə Latifa kordur. Belə ki, onun bədəni bir sehrbaz tərəfindən lənətlənib. Lənətə görə onun yaddaşı və yaşı hər il yenilənir, bu isə o deməkdir ki, Latifa artıq 10 ildən çoxdur ki, 14 yaşındadır. Onun adı Kuin Latifa ilə əlaqəlidir.[2]

İşçilər

Talismanlar

Elementario

Muza (ミュース, Myūsu?)
Səsləndirən: Yuka Aysaka[1]
Su pərisi və Elementario pərilərinin lideridir. Muse çox enerjili və nikbin şəxsiyyətə malikdir, üzündən gülüş əksik olmur. Elementarionun az olan populyarlığına rəğmən səylə çalışır. Dörd pəri içərisində ən yaxşı mahnı ifa edəndir.
Silfi (シルフィー, Shirufī?)
Səsləndirən: Tomoyo Kurosava[1]
Külək pərisidir. Ağlı bir qarış havadadır, lakin performanslarına görə ən yaxşısıdır. Danışığında bəzən Çin deyimlərindən istifadə edir.
Kobori (コボリー, Koborī?)
Səsləndirən: Şiori Mikami[3]
Torpaq pərisidir. Stoist şəxsiyyətə malikdir və yaoy janrı ilə maraqlanır. Tamamilə bacarıqsız kimi göstərilir.
Salama (サーラマ, Sārama?)
Səsləndirən: Minami Tsuda[1]
Alov pərisidir. Elementarionun çıxışlarında tənbəl davranır və nikbin deyil. Telefonundan çox istifadə edir, hətta Elementario pəriləri arasında telefonda ən sürətli mesaj yazan pəridir.

Digər işçilər

Digər

Media

Ranobe

Cild siyahısı

Manqa

Cild siyahıları

Anime

Seriya siyahısı

İstinadlar

  1. 1 2 3 4 5 6 "Kouki Uchiyama, Ai Kakuma, Yukiyo Fujii Star in KyoAni's Amagi Brilliant Park TV Anime". Anime News Network. August 9, 2014. İstifadə tarixi: 12 oktyabr 2016.
  2. 1 2 "ラノベ質問状 : 「甘城ブリリアントパーク」 賀東招二が遊園地で着想 ヒップホップの影響も" (Japanese). Mainichi Shimbun. August 1, 2014. İstifadə tarixi: 12 oktyabr 2016.
  3. "青二プロダクション 三上枝織". Aoni Production (Japanese). İstifadə tarixi: 13.

Xarici keçidlər