Akvarium balıqları

Vikipediya saytından
Kholat Syakhl (müzakirə | töhfələr) (Azərbaycan Milli Ensiklopediyası əsasında yaradılmış məqalələr - I cild.) tərəfindən edilmiş 06:42, 14 dekabr 2016 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Akvarium balıqları (ing. Aquarium fishery) - Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-ədək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə, xanıkimilər dəstəsinə naxakimilər dəstəsinə aid ba lıq lar dan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, “cərrah” balıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular və s. kimi dəniz balıqları yetiş di - rilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq (3–5, bəziləri 15 ilədək və daha çox) yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir.