Çəkikimilər

Çəkikimilər (lat. Cypriniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Çəkikimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Dəstə:
Çəkikimilər
Beynəlxalq elmi adı

Bədəninin uzunluğu 6sm-dən 1,7 m-ə qədər olan sümüklü balıqlardır. Təbaşir və pliosen çöküntülərindən məlumdur. 3200-dən artıq növü 3 yarımdəstədə birləşir: xarasinşəkillilər (16 fəsilə), himnotşəkillilər 914fəsilə) və karpşəkillilər (7 fəsilə). Xəzər hövzəsində dəstə 2 fəsilə ilə təmsil olunmuşdur: çəkilər (karplar) və ilişgənlər. Çəkikimilər Xəzər dənizində geniş yayılmış və növlərinin çoxluğuna görə Xəzərin balıq faunasının əsasını təşkil edən şirinsu mənşəli balıqlardır.Onlar duzluluğu az olan Xəzərdə artıb böyümək üçün özlərinə əlverişli şərait tapmışlar. Çəkikimilər çaylardan başqa, dənizlərdə də böyük sahədə yayılmışlar. Mühüm vətəgə əhmiyyəti daşıyan çəki, külmə, çapaq kimi növlər əsasən Şimali Xəzərdə cəmləşmişdir. Cənubi Xəzərdə Kür və Atrek hövzə lərində xəzər şirbiti, şəmayı, qarasol və s. kimi növlərin sayı çox olmadığından vətəgə əhəmiyyətləri də azdır.70-ci illərdən başlayaraq Xəzərdə daha üç növ çəkikimi balıqlar (ağ amur, əlvan və ağ alın) iqlimləşdirilmişdir.Xəzərdə və ona tökülən çaylarda yaşayan çəkikimilər bir-birindən ölçüsünə, kütləsinə, qidalanmasına və həyat tərzinə görə fərqlənirlər.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh56.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224
  • Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007, 165 səh.
  • M.M.Seyid-Rzayev. Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioloji xüsusiyyətləri."Elm", Bakı-2017, 284 səh