Anna Frank

Vikipediya, azad ensiklopediya
Aygunnaghiyeva (müzakirə | töhfələr) (→‎Ölümü) tərəfindən edilmiş 09:16, 31 yanvar 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Anna Frank

Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929,Frankfurt-Mayn-fevral(mart) 1945,Aşağı Saksoniya) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb.Yazıçısı olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən gərəkli əsərlərdəndir.[1]

Həyatı

1929-cu il iyun ayının 29-da Frankfurt-Maynda anadan olub. Anna Frankın özündən 3-yaş yarım böyük Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi.Niderlanda köçən ailə burada yaşamağa başlasa da savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır.İngiltərə və Amerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.[2] 10-may 1940-cı ildə Niderland da işğal olunur,tezliklə,burada da yəhudilər əleyhinə kampaniyalar başlayır.Annanın atası Otto öz işini itirir,ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də,yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər. 5-iyul 1942-ci ildə Marqot alman düşərgəsindən zəng qəbul edir,həmin günün sabahından ailə gizlənməyə başlayır.Onlar iki ildən artıq gizlənməyi bacarırlar.Bu dövrdə onların əsas gərəkləri hədəfdən kənardakı tanışları tərəfindən qarşılanırdı. Gizlənmədən günlər öncə Anna ad günü hədiyyəsi olaraq gündəlik alır.O,bura yaşadığı çətin günlərdən və qısa hekayələr yazır.Londonda sürgündə olan Niderland təhsil naziri Britaniya radiosu vasitəsilə insanları savaş haqda yazmağa gündəliklər tutmağa çağırdıqda Anna da öz gündəliyinin üzərində yenidən işləmək və "Gizli artırma" adlı roman yaratmaq qərarına gəlir,ancaq yazısını bitirməmiş tapılır və həbs olunur. 4-avqust 1944-cü ildə gizlənənlər onlara kömək edən iki nəfərlə birgə həbs edilir.Kömək edənlərdən Coannes nisbətən erkən azad olunur. Həbslərdən az sonra Miep Gies və Bep Voskuijl Annanın gündəliyini və yarımçıq romanı tapırlar. Atası Otto ailədə savaşdan sağ çıxa bilmiş tək üzv olur. Həyat yoldaşının öldüyünü öyrənən Otto, qızları haqda yalnız sonralar öyrənə bilir ki,hər ikisi xəstəlikdən ölüblər.[3]

Ölümü

3-sentyabr 1944-cü ildə ailə Polşaya göndərilir. Auşvitzdə qadınlar və kişilər və beləliklə, Anna ilə atasının da yolları ayrılır. Burada, Anna ana və bacısının yanında olur. Düşərgələr üçün işçi seçməyə başlayananda, Anna qaşıntıları olduğu üçün qəbul edilmir, ana və bacısı da onunla qalmağa qərar verirlər. Elə Annanın xəstəliyinə görə də ailə artıq "xəstəliklər yuvası" sayılan Berqen-Belsenə göndərilir. Berqen-Belsenin azad olunduğu 15-aprel 1945-ci ildən öncə yatalaq xəstəliyindən ölən Annanın ölüm tarixi dəqiq bilinmir.[4] Öncələr mart ayında öldüyü ehtimal olunan Annanın son araşdırmalardan sonra fevralda öldüyü düşünülür.[5]

İstinadlar