Bu məqaləni vikiləşdirmək lazımdır. |
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.[1]
Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi.[2]
1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar:
Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsi ilə yəhudilərin hüquqlarının məhdudlaşdırılması tətbiq olunmağa başladı. 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət etdi. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələndi.
1935-ci ildə yəhudilərin vəziyyəti yenə pisləşdi. Yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edildi. 1935-ci ildə iyun ayında Berlində təkrar yəhudi dükanlarının sökülməsi ilə yenidən bir dirçəlmə reallaşdı. 15 sentyabr 1935-ci il tarixində "Nurnberg qanunları" qəbul olundu. Bu qanuna görə ari irqdən olmayanlar "aşağı sinif" insanlardır və ali irqə aid insanlarla ailə qurmaları qadağan olundu.
1936-cı ildə Berlində keçirilən Olimpiada oyunları ilə bütün dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət üçün yəhudi nifrəti, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olundu. Yəhudi olan bir kəs artıq dövlətdən sosial yardım ala bilməz. Yəhudilərə yenə bir çox peşə qadağan olundu. Yəhudi tələbələr və şagirdlər almanlardan ayrı təhsil almalı idilər. Berlində 1600 yəhudi toplanaraq bağlı düşərgələrə aparılır. Bu xəbər yayıldıqddan sonra işsiz yəhudilərdən və ən kasıblarından bir qismi xaricə getməyə məcbur qalırlar. Qısa bir zaman sonra yəhudilərin qaçmaqları da çətinləşir — bir çox ölkə yəhudi köçlərini geri qaytarmağa başlamışdılar.
Alman Nasional Sosialist Fəhlə Partiyası (ANSFP) 1938-ci ilin noyabrında bir çox qiyam təşkil etdi. Ən şiddətli qiyam 9–10 noyabrda həyata keçirilən "Kristal gecə"dir. Bu qiyamda yüzlərlə illik tarixi olan sinaqoqlar, yəhudilərin dükanları, evləri və digər mülkləri yandırıldı və 400 yəhudi öldürüldü. Digərləri döyüldü və alçaldıldı. Bundan sonrakı bir neçə gün içində 36.000 yəhudi xüsusi düşərgələrə köçürüldü.
Bu qiyamların məqsədi, əslində xalqın nə reaksiya verəcəyini təsbit etmək idi. Hitlerin sağ qolu Goebbels bu qiyamlardan sonra qəzetlərə bu başlıqla xəbər yazdı: "Xalqın ruhu qaynadı və sonunda daşdı". Bundan sonra yəhudilərin bəzi digər haqqları da əllərindən alınmışdır. Artıq yəhudilərə ticarət etmək və bir çox digər şey qadağan edildi. Artıq bir yəhudi sırf işçi olaraq işləyə bilər.
II Dünya müharibəsi ilə eyni zamanda, 1 sentyabr 1939-cu ildə yəhudi soyqırımı başlamışdır. Adolf Hitler əslində bu qərarını — yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildə yazdığı "Mein Kampf" (Mənim mübarizəm) adlı kitabında çoxdan açıqlamışdı.
1939-cu ildə Almaniyada olan bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələri qərarı verilmişdir. 1940-cı ildə Polşadakı gettoların sayları sürətlə artmağa başlayır. Bu gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan çox insan ölürdü. Gettolarda ölüm artıq o qədər təbii bir şey idi ki, səkilərdə aclıqdan ölmək üzrə olan insanlarla və cəsədlərlə kimsə maraqlanmırdı.
9 oktyabr 1941-ci ildən etibarən bütün yəhudilərin yaxşı görünən şəkildə Davud ulduzu simvolunu üzərlərində daşımaları məcbur edilirdi. Almaniyada yaşayan yəhudilərin evlərinə "burda bir yəhudi yaşayır" deyə bir yazı ya da Davud ulduzu şəklini yapışdırırdılar. Bu zamana qədər 65 yaşdan çox yaşlı yəhudilər də düşərgələrə aparılırdılar. 19 oktyabr 1941-ci ildən sonra bu mövzu haqqında xəbər yaymaq qadağan edildi. Almaniyadakı son yəhudilərə ət, buğda, süd, bal kimi qidalar verilməsi qadağan edildi. Daha sonra xəstə yəhudilərə dərman vermək belə qadağan edilir. Yəhudilərin bir məhkəməyə müraciət etmə haqları da əllərindən alındıqdan sonra artıq Almaniyada qalan ən son yəhudilər ovlanmağı gözləyən qurbanlardan fərqləri qalmamışdı.
İlk ölüm düşərgələri 1933-cü ildə Münhendə Dachau kəndində inşa edilmişdi. Bu düşərgə ilk əvvəl sırf siyasi məhbusları aradan qaldırmaq məqsədilə inşa edilmişdi. Yəni faşist hökumətini narahat edən sosial-demokratlar, pasifist və digər faşizm əleyhdarları, intelektualları burada saxlanılırdı.
Hələ qırğının ən başlarında Polşada tətbiq edilən toplu halda güllələmə qətliamı faşistlərin fikrinə görə az təsirli idi və buna görə böyük bir "təmizləmə" üçün yeni başçılar axtarılırdı. 1941-ci ilin payızından etibarən "qazlama yük maşınları"dan istifadə edilməyə başlandı. Yəhudilər bu yük maşınlarına başqa bir düşərgəyə gedəcəklərini düşünürdülər lakin onlar bura doldurulduqdan sonra yük maşınına qazın verilməsi nəticəsində onlar boğularaq ölürdülər.
1939–1941-ci illərdə ruhi və fiziki əlillər "qaz otaqlarına" doldurularaq öldürülürdülər. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar. Bu təcrübələrdə qazanılan təcrübələr qırğının davamında faşistlərin çox işinə yaradı.
Qaz yük maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət Fabrik üsulu ilə sənayesi qurulmağa başlandı. "Öldürmə Fabrikləri" bu yerlərdə inşa edildi:
Artıq heyvan vaqonları yəhudilər ilə doldurulub bu fabriklərin içinə qədər qatar ilə aparılırdılar. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan "Zyklon B" bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı.
Qurbanlar üzərində alman həkimləri və elm adamları saysız təcrübə imkanları qazanmışdılar. Məsələn insanlar çox yüksək və ya çox aşağı təzyiqli otaqlara bağlanılıb, hava təzyiqinin insan üzərində təsirləri, buzlu suya soxulub nə vaxt öldükləri araşdırılır, insanların bədəninə neft yeridilib yaşayıb yaşamadıqlarına nəzarət edilir, bakteriyalarla yoluxdurulub təsirləri izlənilirdi və yeni əməliyyat üsulları sınanırdı. Bu təcrübələrdən məşhur ad alman həkim Yozef Mengele olmuşdur.
Öldürülənlərin qızıl dişləri yığılıb dövlət banklarına göndərilir və bəzi deyilənlərə görə hətta kəsilən saçları döşək istehsalında, vücud yağlarını isə sabun istehsalında istifadə edirdilər. Ölülərdən sabun istehsal edildiyi söhbətləri müharibədən sonra ilk əvvəl New York Times qəzeti başda olmaqla bütün dünya mediasının ələ aldığı bir mözvu olmuşdur. Ruslar tərəfindən Nürnberg məhkəməsinə araşdırılması tələb olunan sabunlar gətirilmiş və Rumıniyanın bir kəndində sabun dolu qutular yəhudiləri təmsil edərək dəfn edilmişdir. Ancaq daha yeni zamanda aparılan araşdırmalar nəticəsidə ölülərdən sabun düzəltmə məsələsinin sırf yəhudilər haqqında lətifələrlə ortaya çıxıb, ruslar tərəfindən ciddi qəbul olunaraq bu ölçüdə böyüdülmüş bir hekayə olduğu ortaya çıxmışdır.
Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox azdır. Bununla əlaqədar olaraq faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri fikri hakimdir. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə digər əli olan insanlara bu mövzunu çölə çıxarmamaq əmri almışdılar. Yəni Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirdilər.
Himmerin 1943-cü ilin sentyabr ayında toplu edamlara başlamış SS əsgərlərinin və zabitlərinin qarşısında etdiyi Pozen danışığından sonra yəhudi soyqırımını Hitlerin əmri ilə artıq Himmer idarə etməli idi. Himmerin şəxsi həkimi Felix Karsten, Himmerin ona "Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacağını, Hitlerin bunu belə istədiyini" söyləmişdi.
Müharibənin gedişində faşistlər Rusiyanın işğalını və yəhudilərin Rusiyanın yaşamaq mümkün olmayan ərazilərinə köçürməyi və burada öldürülmələrini planlaşdırırdılar. Lakin Rusiyanın rahatlıqla ələ keçməyəcəyini görən almanlar "Son həll" layihəsinin Şərqi Avropanın işğal olunmuş ərazilərində keçirməyi qərara aldılar.
20 yanvar 1942-ci ildə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları Wannsee Konfransı [1] reallaşdı (Bu konfransın protokolu ən qiymətli dəlillərdən biridir). Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi.
Holokost qurbanlarının sayı uzun zaman ancaq təxmin edilmişdir. Nürnberg məhkəməsi 1946-cı ildə öldürülən yəhudilərin sayı ilk dəfə 6 milyon hesab olunurdu. 1945-ci ilə qədər təhlükəsizlik nazirliyində işləmiş Wilhelm Höttl adlı məmur Adolf Eichmannın ona dediklərini məhkəmə qarşısında belə açıqlamışdır:
" Ölüm düşərgələrində cəmi dörd milyon, digər formalarda 2 milyon yəhudi öldürülmüşdür. Digər formalarda öldürülənlərin çoxu Rusiyaya doğru irəliləyən ordunun içindəki SS komandaların tapdığı yəhudiləri güllələməsi ilə ölmüşdür. "
Holokostu araşdıranlar bundan sonrakı tarixdə daha aşağı saylar ortaya qoymuşdur. 1953-cü ildə ingilis tarixçi Gerald Reitlinger ölən yəhudilərin sayını 4,2–4,7 milyon təxmin etmişdir.[3] ABŞ-lı tarixçi Raul Hilberg isə 1961-ci ildə 5,1 milyon sayını ortaya qoymuşdur.[4] Digər bir ingilis tarixçi Martin Gilbert 1982-ci ildə 5,7 milyon sayını ortaya qoymuşdur.[5]
1990-cı ildən bu zamana qədər bilinməyən sənədlərlə dolu Sovet arxivləri tarixçilərə məlum olmuşdur. Bu arxivdə düşərgələrə köçürülənlər siyahısı, sürgün üçün istifadə olunan qatarların planları və yəhudilərin Holokostdan əvvəlki sayını ehtiva edən sənədlər tapılmışdır. Bu sənədlərin köməyi ilə öldürülənlərin sayları təkrar hesablanmış və məsələn, Auschwitz ölüm düşərgəsində 1,1 milyondan daha az yəhudi öldürüldüyü ortaya çıxmışdı. Digər ölkələrdə də ölənlərin sayları daha dəqiq olaraq hesablanmışdır.[6]
Wolfgang Benzin yazdığı "Dimension des Wolkermords" (1991) adlı kitabda günümüzdə ən güvənilən məlumatlara və mənbələrə əsaslanaraq hesablanmış rəqəmlər bu günümüzdə ən güvənilən saylar qəbul olunur. Burkhard Asmussun 2002-ci ildə ortaya qoyduğu daha kobud hesablardan sonra qəbul edilən ən müasir ədədlər ən az 5,6 milyon və ən çox 6,3 milyon ədədləri arasında hərəkət etməkdədir.
Dünyanın bir çox ölkələrində Holokost mübahisəsini açmaq belə qadağandır. ABŞ-dəki "nifrət qanunları"na görə yəhudi soyqırımını müzakirə etmək cəmiyyətdəki nifrəti artırdığına görə bu mövzunu müzakirə etmək qadağan olunmuşdur.
Avropada isə bir ingilis yazıçı David Irving yəhudi soyqırımının çox böyük ölçülü olmadığını, ölənlərin çoxunun xəstəlikdən öldüyünü söyləyib, Almaniyanın heç bir düşərgəsində qaz otaqlarının tapılmadığını dediyinə görə 3 il həbsə məhkum edilmişdir.
İran prezidenti Mahmud Əhmədinejat isə yəhudi soyqırımının yəhudiləri Fələstinə yerləşdirmək üçün uydurulmuş bir yalan olduğunu söyləmişdir. Bu ideya geniş yayılmış və bir çox müsəlman ölkələri də daxil olmaqla geniş kütlənin diqqətini cəlb etmişdir.