Nərgiz Umudova

Vikipediya, azad ensiklopediya
Nicat49 (müzakirə | töhfələr) (→‎Şahmat karyerası) tərəfindən edilmiş 21:33, 15 fevral 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Nərgiz Umudova
Ölkə
Doğum tarixi 20 iyun 1989(1989-06-20) (34 yaş)
Doğum yeri
Titulu
  • Qadın Qrossmeyster[d][1]
  • Beynəlxalq Qadın Meyster[d]
Son reytinqi
  • 2.273 (may 2023)[2]
FİDE nömrəsi 13402137
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nərgiz Umudova (doğ. 20 iyun 1989, Bakı, Əmircan, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrossmeyster (2015).

Bioqrafiyası

Nərgiz 1989-cu il iyunun 20-də Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 1995-2006-cı illərdə əvvəlcə 87 nömrəli, sonra isə 226 nömrəli məktəblərdə almışdır. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Daha sonra həmin akademiyanın Bədən tərbiyəsi və nəzəriyyəsi fakultəsinin magistr pilləsində təhsil almışdır.

Şahmat karyerası

Nərgiz şahmata təsadüfən gəlib. Qonşuluqdakı bir uşaq əvvəlcə ona gedişləri öyrədib. İki aydan sonra isə balaca Nərgiz "ilk müəllimi"nə qalib gəlib. İllərdir şahmata gedən dostuna qısa müddətdə qalib gələn qızının bu bacarığını görən atası onu şahmata yazdırır.[3]

Nərgiz 1996-cı ildən Suraxanı rayonunda yerləşən "Neftçi" İSM-də idmanın şahmat növü ilə məşğul olmağa başlamışdır. 2002, 2003, 2005-ci illərdə yeniyetmələr, 2005, 2009-cu illərdə isə gənclər arasına Azərbaycan çempionu olmuşdur.

2001-ci ildən beynəlxalq yarışlarda iştirak edir. 2001-ci ildə Yunanıstanın Halkidiki şəhərində keçirilən 12 yaşlılar arasında Avropa çempionatında 3-cü yeri,[3] 2006-cı ildə Gürcüstanın Batumi şəhərində keçirilən 18 yaşlı qızlar arasında dünya çempionatında isə 2-ci yeri tutmuşdur.[4][5] 2013-cü Avstriyanın paytaxtı Vyanada keçirilən "Çaturanqa" açıq turnirinin qalibidir.

2006-cı ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü olmuşdur. 2006-cı ildə milli komandanın tərkibində İtaliyanın Turin, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xanti-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilən Ümumdünya Şahmat Olimpiadalarında,[6] 2007-ci ildə Yunanıstanın Heraklion, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilən komandalar arasında Avropa çempionatlarında,[7] 2013-cü ildə Rusiyanın Kazan şəhərində keçirilən Yay Universiadasında çıxış etmişdir.[8] 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində dördüncü lövhədə mübarizə apamışdır.[9][10]

Nərgiz Umudova, 2006-cı ildə qadınlar arasında FİDE ustası adına, 2007-ci ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülmüşdür.

Reytinqi

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərgiz 2237 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu,[11] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 334-cü yerdə qərarlaşıb.

Şəxsi həyatı

Nərgizin atası Azərbaycanın tanınmış musiqiçisi, əməkdar incəsənət xadimi Məmmədağa Umudovdur.[3] Nərgizin bacısı Ülkər Umudova Azərbaycan qadın şahmatında ilk beynəlxalq hakim statusunu alan şəxsdir, digər bacısı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllimədir.[3]

İstinadlar

  1. 1 2 3 FIDE Ratings and Statistics (ing.).
  2. FİDE FIDE Standard Ratings as of 30 April 2023. 2023.
  3. 1 2 3 4 ""Ağ atı" ilə zirvəyə tələsən istedad". Kaspi.az.
  4. "14 yaşlı azərbaycanlı şahmat üzrə dünya çempionu oldu". Azadliq.org.
  5. "The World Youth Championships 2003-2009". Youngchess.ro.
  6. "Umudova, Nargiz WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org.
  7. "Umudova, Nargiz EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org.
  8. "Kazan Universiadasında iştirak edən şahmatçılarımızın rəqibləri müəyyənləşmişdir". Azertag.az.
  9. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az.
  10. "Nərgiz Umudova: "Bu gün komandalarımızdan 4:0 hesablı qələbə gözləmək olar"". Sportfm.az.
  11. "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.

Xarici keçidlər