Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi

Vikipediya, azad ensiklopediya
Azerifactory (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:29, 16 fevral 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hücum yeri Şaplar, Kəlbəcər, Azərbaycan
Vaxt
Hücum üsulu Girov götürülməsi, sui-qəsd
Həlak olanlar Həsən Həsənov
Girov sayı 2
Girovlar Dilqəm Əsgərov
Şahbaz Quliyev

2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.[1] İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.[1]

Zəmin

Hadisə

Əməliyyat zamanı ermənilər tərəfindən öldürülən Həsənov Həsən Fərman oğlunun Binəqədi qəbiristanlığındakı məzarı.

2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.[2] Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər.[3] Həsən Həsənov isə güllələnərək öldürülüb.[3]

2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.[4] Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.[4]

Ermənilər tərəfindən verilən işgəncə

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevə girovluqda ermənilər işgəncə veriblər.[5]

Məhkəmə

Qondarma "DQR" Dilgəm Əsgərov və Şahnaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurmuşdur.[6] "Məhkəmə"nin qərarı ilə Əsgərova ömürlük, Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.[6]

Azərbaycanın reaksiyası

2016-cı il noyabrın 23-də Bakıda Dağlıq Qarabağda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb.[3] Müdafiə komitəsinə 80-ə qədər üzv qəbul olunub.[3] Komitəyə Əlövsət Ağalarov sədrlik edib.[3]

Beynəlxalq reaksiya

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyi müntəzəm olaraq girovlara baş çəkir.[7] Onların məktublarını ailələrinə çatdırır.[7] Dilqəm və Şahbaz adətən məktublarında normal olduqlarını qeyd edirlər.[7] Lakin bəzi hallarda məktubda bəzi cümlələr qaralanmış formada olur.[7]

  • Ukrayna 2017-ci il 30 yanvarda Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenko Dilqəm Əsgərov və Şahbaz Quliyevə dəstək bəyanatı yayıb və onların beynəlxalq səviyyədə müdafiəsinə qoşulacağını bildirib.[8]

İstinadlar

  1. 1 2 "Əsirlikdə olan Dilqəm Əsgərovdan məktub: "Ürəyimdə, başımda və sağ ayağımda şiddətli ağrılar var"". www.kanal13.tv. www.kanal13.tv. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  2. Məmmədova, Kəmalə. "Dilqəm və Şahbazın 1 illik girov həyatı". www.anspress.com. www.anspress.com. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  3. 1 2 3 4 5 "Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiə komitəsi yaradılıb". www.azadliq.org. www.azadliq.org. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  4. 1 2 "Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub". apa.az. apa.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  5. "Dilqəm Əsgərov və Şahbaz Quliyevin Müdafiə Komitəsinin İşçi Qrupu yaradılıb". www.meydan.tv. www.meydan.tv. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  6. 1 2 "BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər". www.virtualkarabakh.az. www.virtualkarabakh.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  7. 1 2 3 4 "Dilqəm Əsgərov ermənilərə boyun əymədi". www.azadliq.info. www.azadliq.info. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.
  8. "Savçenko Dilqəm Əsgərovla Şahbaz Quliyevin MÜDAFİƏSİNƏ QALXDI". gecce.az. gecce.az. 16 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2017.

Xarici keçidlər