Komarov şorgiləsi

Vikipediya, azad ensiklopediya
AydanZ92 (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:53, 1 may 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Komarov şorgiləsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Komarov şorgiləsi
Beynəlxalq elmi adı

Komarov şorgiləsi (Nitraria komarovii Iljin & Lava ex Bobr.) - şorgiləkimilər fəsiləsinə aid bitki növüdür.[1]

Qısa morfoloji təsviri:

Qamətli, budaqlı kol bitkisidir. Ensiz və uzun, xətvari-kürəşəkilli yarpaqları əsasından daralmışdır. Ləçəkləri 5 mm uzunluğunda, yaşılımtıl-sarı rəngdədir. Meyvəsi çəyirdəkdir, tünd-qırmızı rəngdə, yumurtavari formadadır. [2]

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:

Çiçəkləmə may, meyvəverməsi iyul-avqust aylarına təsadüf edir. [2] [3]

Yayılması:

Abşeron (Balaxanı qəsəbəsinin ətrafında). [2] [3]

Ümumi yayılması:

Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır.[4] [5]

Statusu:

Azərbaycanın nadir növüdür. CR B1ab(i,ii,iii,iv)+2ab(i,ii,iii,iv).

Sayı və tendensiyası:

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyada fərdlərin sayı sürətlə azalır. [6]

Məhdudlaşdırıcı amillər:

Antropogen amillər (infrastrukturun inkişafı). Yayıldığı ərazilərin mədən ərazilərinə yaxınlığı, intensiv otarılan ərazilər olması və meyvələrinin qida kimi toplanılması. [6]

Mühafizə tədbirləri:

Bitdiyi sahəni qorumaq, növün müasir vəziyyətinin dəqiq öyrənilməsi, yeni yayılma sahələrinin aşkar edilməsi, introduksiyası təklif olunur. 

Həmçinin bax

Mənbə:

  1.  Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  2. 1 2 3 Флора Азербайджана, 1955
  3. 1 2 Əsgərov A.M., 2005;
  4. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  5. Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov.
  6. 1 2 Kərimov V.N. , 2013