Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.
Komarov şaqqıldağı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Komarov şaqqıldağı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Azərbaycanda dar bir arealda yayılmışdır.
Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür. Çiçəkləri salxımlara toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. Erkəkcikləri bitişikdir. Paxlası 20-22 sm uzunluğunda olur. Paxla saplaq üzərində olub çılpaqdır, uzunluğu 18-20, eni 15 mm-ə qədərdir. Meyvəsi yetişən zaman uc hissəsindən açılır. May ayında çiçəkləyir iyunda meyvəsi yetişir.
Təbiətdə toxumlarla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş xüsusi qoruma tədbiri yoxdur.
Azərbaycanın endemik bitkisidir. CR A1ab; B1b (i,iii,iv). Naxçıvan MR-in Ordubad rayonu (Kotam kəndi) ərazisində təbii halda yayılmışdır. Azərbaycanda botanika bağlarında becərilir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.