Polimer Materialları İnstitutu (Azərbaycan)

Vikipediya saytından
Asadov Roman (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:50, 11 may 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Polimer Materialları İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

Təşkilatın əsas fəaliyyət istiqamətləri

  • Xüsusi və təyinatlı funksional oliqomerlərin, polimerlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması;
  • Funksional monomerlərin, polimerlərlə əlavələrin – modifikatorların, antipirenlərin, stabilizatorların və digər köməkçi maddələrin sintez üsullarının işlənib hazırlanması;
  • Dəyərli istismar xassələrinə malik müxtəlif təyinatlı kompozision materialların, doldurulmuş sistemlərin, polimer-oliqomer və polimer-polimer qarışıqların yaradılması, kimya sənayesi tullantılarının və məhsullarının kompleks emal üsullarının işlənib hazırlanması.

Son beş ildə əldə etdiyi elmi nəticələr

Yeni funksional monomerlərinpolimerlərin sintezinin elmi prinsiplərinin işlənib hazırlanması, elmi tutumlu sahələrdə istifadə oluna bilən polimer materiallar-rezistlər, yarımkeçiricilər, antioksidlər və s. yaradılmışdır, reaksiya qabiliyyətli yeni funksional oliqomerlərin alınma üsullarının işlənib hazırlanması, onların əsasında müxtəlif təyinatlı örtük əmələgətirici materiallar yaradılmışdır;

Funksional birləşmələrin məqsədyönlü sintez üsulları yaradılmış, onların əsasında optiki və bioloji aktiv preparatlar, səthi aktiv maddələr və korroziyaya qarşı inqibitorlar işlənib hazırlanmışdır; sənayedə istehsal olunan polimerlər əsasında doldurulmuş kompozision materialların polimer-oliqomer, polimer-polimer qarışıqların yaradılmasının ümumi prinsipləri müəyyənləşdirilmişdir; effektiv əlavə kimi yararlı yeni plastifikatorlar, stabilizatorlar, modifikatorlar, antipirenlərin və s. sintez üsulları işlənib hazırlanmışdır.

Təşkilatın tarixi haqqında

İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci il­lərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir.  1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.  İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir.  1987-ci ildən 2007-ci  ilədək  institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.

İnstitut 1966-cı ildə yaradılmışdır. 1966-1978-ci illərdə o, Azərbaycan EA Neft-kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmişdir. Elmi və material potensialı nəticəsində filial 1979-cu ildə müstəqil Xlor üzvi sintez institutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər İnstitut Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun (1966-1973) ilk direktoru professor S.İ.Sadıqzadə olmuşdur. 1973-1986-cı illərdə İnstituta AMEA-nın müxbir üzvü, professor M.M.Hüseynov rəhbərlik etmişdir. 1987-ci ildən İnstitutun direktoru AMEA-nın müxbir üzvü professor A.A.Əfəndiyevdir.

Mənbə

Həmçinin bax

Xarici keçidlər