AMEA Fəlsəfə və Sosiologiya İnstitutu

Fəlsəfə və Sosiologiya İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.[1]

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1945
Digər məlumatlar
Direktor İlham Məmmədzadə
Ünvan AZ1073, Bakı ş., H.Cavid pr., 115
Sayt philosophy.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945–1950, 1950–1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956–1967-ci illərdə Azərbaycan EA fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır.[1] Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adı dəyişdirilərək "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılmışdır.[2]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.

  • Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması;
  • Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses.

Müxtəlif illərdə instituta rəhbərlik edənlər:

İnstitutun baş direktoru:

İlham Məmmədzadə-1975-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru dissertasiyaları müdafiə etmişdir. İ. R. Məmmədzadə 300-dən çox elmi əsərin müəllifidir, o cümlədən 17 kitab və monoqrafiyaların. Bu əsərlərin içərisində "Siyasət və əxlaq" (1988), "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "Etikaya giriş" (2004), "Bir daha fəlsəfə haqqında" (2012), "Модерн, просветительские идеи Гасанбека Зардаби и философия просвещения" (2015) "Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması" (2017), "Философия о современности, истории культуре (О контурах историко-культурной эпистемологии) (2020) adlı monoqrafiyaları ən çox istinad edilən əsərləridir. Onun fəlsəfə tarixi, etika və siyasətşünaslıq problemlərinə həsr olunmuş məqalələri ölkədə və xaricdə yüksək reytinqli jurnallarda çap olunmuşdur. O, bir çox kitabların, monoqrafiyaların, məqalələrin elmi redaktoru və rəyçisidir. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin "Гуманитарные науки", "Вопросы философии" və REA Fəlsəfə İnstitutunun "Fəlsəfi jurnalın" jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür. İ. R. Məmmədzadənin əsərləri və tərcümeyi halı XIX–XX yüzillikdə Rusiya filosofları ensiklopediyasına salınmışdır (М.изд-во "Академический проект", 2002, под.ред. П. В.Алексеева). Onun N. Makiavellinin fəlsəfəsi və etikası haqqında əsərləri annotasiyaları ilə birlikdə "Максима Макиавелли" adlı N. Makiavelliyə həsr olunmuş Rusiya-İtaliya ensiklopediyasına salınmışdır. XXI əsr Rusiyası üçün dərslər, məqalələr, mühakimələr Biblioqrafiya (М.изд-во "Рудомино" 2001, под.ред. Петра Баренбойма). Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də İ. R. Məmmədzadənin xidmətləri danılmazdır. O, uzun illərdir ki, Qərb Universitetinin professorudur. İ. R. Məmmədzadənin elmi rəhbərliyi altında onlarla gənc alim fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə etmişdir (4 elmlər doktoru və 15 fəlsəfə doktoru). İ. R. Məmmədzadənin elmi və ictimai xidmətləri diqqətdən kənar qalmamışdır. O, 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublikada elmin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla, elə həmin ildə də Azərbaycanda hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "Fəxri Fərman"la, Bakı Dövlət Universitetinin 100 illiyində (1919–2019) Azərbaycan Respublikası yubileyi medalı ilə təltif edilmişdir (05.02.2020).

İnstitutun icraçı direktoru: Mədətli Eynulla Yadulla oğlu −1954-cü ildə anadan olmuşdur. 1975-ci ildə Naxçıvan Dövlət Universitetini , 1981-ci ildə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirmişdir. 1984-cü ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi, 1994-cü ildə dosent elmi adı almışdır. 1975–1996-cı illərdə tədris, elm müəssisələrində, partiya işində işləmiş, 1991–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur. 5 fevral 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulu vəzifəsinə təyin edilmiş, 1996–2001-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin müşaviri olmuşdur. 2001–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışmışdır. 18 aprel 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmiş, 2004-cü ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının eyni zamanda iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə Pakistandan geri çağırılaraq Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır. 2016-cı ilin yanvarından AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin mart ayından AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavinidir, 2021-ci ilin noyabrından Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktorudur. E. Mədətli "XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır. 7 monoqrafiyanın, ölkədə və xaricdə nəşr edilmiş 100-dən çox elmi məqalənin müəllifidir.

İnstitutun elmi katibi: Həsənova Sevinc Arif qızı 1981-ci ilin dekabr ayından Fəlsəfə və Hüquq İnstitutunun "Etika" şöbəsində baş laborant vəzifəsində fəaliyyətə başlamış və Fəlsəfə İnstitutunun elmi katibi vəzifəsinə qədər yüksəlmişdir. S. A. Həsənova Fəlsəfə və Hüquq İnstitutunun "Etika" şöbəsinin dissertantı olmuş və 1997-ci ildə "Nikkolo Makiavellinin siyasi etikasının tarixi-fəlsəfi təhlili" adlı dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2018-ci ilin fevralından "Dosent" elmi adına layiq görülmüşdür. Əsas tədqiqat sahəsi siyasi etika və etikanın nəzəri problemləridir. S. A. Həsənova 1 monoqrafiya və 40-a yaxın xarici və respublika elmi jurnallarında, o cümlədən beynəlxalq indeksli jurnallarda elmi məqalələri çap olunmuşdur. "Ethical issues, cultures and artifical intelligence". Philosophy Nowadays: reflections on education and the digital transformation of knowledge. Editors: Prof. D. SC. Bogdana Todorova, Academician, Prof. Slobodan Neshkovic, Publishing: CESNA-B, Belgrad, Serbia,2021, p. 119–124. 2009-cu ildən Sevinc Həsənova elmi fəaliyyəti ilə yanaşı, həm də İnstitutun nəzdində fəaliyyət göstərən ED.1.33 Dissertasiya Şurasının elmi katibi vəzifəsini yerinə yetirib.

İnstitutun baş meneceri: Camalov Qabil Xurşud oğlu — 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində şərqşünas-iranşünas ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra müxtəlif vəzifələrdə çalışmışdır. 1980-ci ildən Q. Camalov əmək fəaliyyətini AMEA-da davam etdirmişdir. Hal-hazırda o, Fəlsəfə və Sosiologiya İnstitutunun baş meneceridir. Qabil Camalov 70 məqalənin müəllifi, 3 monoqrafiyanın isə həmmüəllifidir.

* 1."Ислам в общественно-политической жизни стран Ближнего и Среднего Востока", Баку "Элм". 1989-г.

  • 2. "Azərbaycanda dini missionerlik siyasəti", Bakı. "Elm", 2000-ci il.
  • 3. "Nəsirəddin Tusi: həyat və yaradıcılığı", Bakı. "Elm". 2001-ci il.
  • Onun "XIX əsr Çar Rusiyasında farsdilli əlyazmalar" (fars dilində) və "Azərbaycan xnlıqlarının Çar Rusiyası tərəfindən işğal olunmasında İranın ikili xarici siyasəti" (türk dilində) və sair məqalələri İran İslam Respublikasında və Türkiyədə nəşr olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • I BEYNƏLXALQ VİRTUAL MƏRKƏZ

Münaqişələrin həllində dialoq və tolerantlıq mərkəzi

  • II Virtual laboratoriya

"Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və yeni "İpək Yolu"

"Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq"

  • Azərbaycan fəlsəfə tarixi şöbəsi

Dünya fəlsəfi fikir tarixi: metodologiya və tarix problemləri.

  • Estetika şöbəsi

Varlığın estetik aspektlərinin ontoloji aspektləri ilə qarşılıqlı münasibətlərinin yönəlməsi problemləri.

  • Etika şöbəsi

Etikanın müasir istiqamətləri və Azərbaycanın etik-əxlaqi təcrübəsinin təhlili.

  • Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi

Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin elmi əsaslarının tədqiqi və təbliği işinin təşkili.

  • İdrak nəzəriyyəsi və məntiq şöbəsi
  1. Yeni idrakı paradiqmalar: fənlərarası epistemoloji yanaşmalar.
  2. Elmin, fəlsəfənin aktual problemləri.
  3. Müasir elmi yanaşmaların fəlsəfi kontekstdə cəmiyyətin öyrənilməsinə tətbiqi.
  • İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri

Şöbənin əsas tədqiqat istiqamətləri: süni intellekt və 4-cü sənaye inqilabının informasiya cəmiyyətinə təsirləri.

  • İslam fəlsəfəsi şöbəsi

Mədəniyyət və dinin qarşılıqlı əlaqələrinin fəlsəfi təhlili

  • Müasir fəlsəfə problemləri şöbəsi

Postneoklassik sosial elmi paradiqmaların fəlsəfi təhlili

  • Sosial fəlsəfə və ekoloji problemlər şöbəsi

Müasir Azərbaycan cəmiyyətinin modernləşmə xətti və onun sosial-fəlsəfi aspektləri: milli siyasət konsepsiyası.

  • Sosiologiya şöbəsi

Müasir cəmiyyətin sosioloji və sosial psixoloji inkişaf potensialının indikatorları.

* Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsi "Multikulturalizm və tolerantlıq fəlsəfəsi" şöbəsi 2017-ci ildə Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması" məqsədilə 2016-cı ilin Multikulturalizm İLİ Elan olunması haqqında Sərəncamından irəli gələn vəzifələr istiqamətində yaranmışdır.

  • Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası

Şöbənin əsas fəaliyyət istiqaməti "Davamlı inkişafın fəlsəfi problemləri" istiqaməti üzrə müxtəlif mövzularda tədqiqatlar aparmaqdır.

*Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsi Müasir Azərbaycanda siyasi-fəlsəfi-sosioloji tədqiqat və təhlillərin aparılması, geosiyasi hadisə və proseslərə siyasi-fəlsəfi, sosioloji yanaşma, ölkədə cəmiyyət həyatının daxili problemlərinin siyasi-sosioloji, regional, beynəlxalq müstəvidə öyrənilməsi, ictimai elmdə siyasi fəlsəfə və sosiologiyanın qarşıda duran vacib məsələləri, Respublikada Böyük Qayıdış Proqramının siyasi-sosioloji komponentlərinin tədqiqi, IV sənaye inqilabı və dünya siyasi reallıqlarının təhlili.

  • Sosial psixologiya şöbəsi

Şöbənin əsas fəaliyyəti "Müasir şəraitdə sosial psixologiyanın idarəetmə problemlərinin sosial psixoloji təhlili" istiqaməti üzrə müxtəlif mövzularda tədqiqatlar aparmaq.

  • Təhsil şöbəsi

AMEA Fəlsəfə İnstitutunda 2017-ci ildə yaradılan Təhsil şöbəsi elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə doktorantların və dissertantların, magistrlərin elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədilə yaradılmışdır. Təhsil şöbəsi doktorantların və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanları üçün testlərin hazırlanmasını və proqram təminatını təşkil edir.

  • Beynəlxalq əlaqələr şöbəsi

* İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi İnstitutun ictimaiyyətlə əlaqələr üzrə siyasətinin həyata keçirilməsi, institutun fəaliyyəti, keçirdiyi tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması, Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulması, institutun fəaliyyəti, imkanları və nailiyyətlərini əks etdirən bukletlərin, video-çarxların hazırlanması və müvafiq sərgilərdə nümayiş etdirilməsi və həmçinin institutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsidir.[3]

  • Elektron xidmətlər şöbəsi

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Elmi nəticələr

[redaktə | mənbəni redaktə et]

http://philosophy.edu.az/publication

http://scientificworks.az/

https://journalorientalphilosophy.org/

  1. 1 2 "Fəlsəfə İnstitutu". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
  2. Fəlsəfə İnstitutunun ad dəyişdirildi
  3. "İnstitutun Struktur bölmələri". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]