Corctaun (Malayziya)

Vikipediya saytından
Daydreamer2011 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Corctaun''' (Georgetown), PinanqMalayziya<nowiki/>da şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi. == Əhalisi == Əhalisi 174,3 min (...) tərəfindən edilmiş 11:36, 18 may 2017 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Corctaun (Georgetown), PinanqMalayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi.

Əhalisi

Əhalisi 174,3 min (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri).

Coğrafiyası

Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobildəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroport (Pinanq-Bayan-Lepas).

Tarixi

1820-ci ilədək İngiltərə kralı III Georqun şərəfinə Fort-Kornuollis adlanırdı. 1957-ci ilədək Britaniyanın Streyts-Setlments koloniyasının tərkibində idi; 20-ci əsrin ortalarınadək dəniz daşımalarının yük boşaltma bazası, kauçukqalay ixracatı məntəqəsi idi. Elektron sənayesinin inkişafı ilə əlaqədar 1980-ci illərdən şəhərin iqtisadi yüksəlişi başladı. 20-ci əsrin onlarınadək Corctaun dünyada ən böyük qalay əridilməsi mərkəzlərindən biri idi (Corctaunda iri qalayəritmə zavodu 1998-ci ildə bağlanmışdır).

Memarlığı

Pinanq adasının cənub qurtaracağında yerləşən Corctaunun mərkəzi hissəsində “Komtar” göydələni (232 m) və başqa çoxmərtəbəli ofis binaları var. Kornuollis Britaniya fortu (1793, 1810-ci ildə yenidən tikilmişdir), Müqəddəs Georgi kilsəsi (1818), Ali məhkəmənin binası (1903), həmçinin Kuan-İn Çin məbədi (1801), Kapitan Kelinq məscidi (19-cu əsrin əvvəli), 33 m-lik Budda heykəli olan Vat-Çayya-Manqkalaram Budda məbədi Corctaunun memarlıq abi dələrindəndir. Pinanq dövlət muzeyi (1963). Malayziya Elm Universiteti (1969, ölkənin ən iri ali məktəblərindən biri, Corctaunun Minden şəhərətrafındadır) var. Üç dəfə Malayziya çempionu (19822001) olmuş “Pinanq” futbol klubu “Pinanq” stadionunda (20 min yer) çıxış edir.

Sənayesi

Pinanq aqlomerasiyası əhəmiyyətinə görə Kuala-Lumpur aqlomerasiyasından sonra Malayziyanın ikinci iqtisadi mərkəzi, ölkənin ən mühüm regional inkişaf qütblərindən biridir. İşləyən əhalinin ½-indən çoxu sənayedə çalışır. Cənub-Şərqi Asiyanın elektron sənayesinin iri mərkəzi, “Silikon ada” adlanan azad iqtisadi zonanın və Qərbi Malayziyanın yüksək texnologiyaların inkişafı rayonunun təşkilati mərkəzidir. Sənaye müəssisələri (Amerika TMK-ları – AMD, “Dell”, “Agilent”, “Osram”, “Motorola”, Yaponiya TMK-ları – “Matsushita Electric”, “Sony”, “Canon” və s.-ə məxsusdur), əsasən, Corctaunun şəhərətrafında yerləşir: yarımke çiricilər, müxtəlif növ elektron avadanlığı və aparatlar, o cümlədən kompyuterin periferiya qurğuları, video- və audiotex nika, foto- və videokameralar, həmçinin saat, kondisioner və s. istehsal edilir. Qara metallurgiya “Malayawata Steel” (ildə 0,8 mln. t polad) və “Tata Steel” (ildə 1,3 mln. t polad) şirkətlərinin dları, boru prokatı zavodu   (ildə 36 min t) ilə təmsil olunur. “Malaysia Smelting” şirkətinin qalayəritmə zavodu (Batteruertdə, ildə təqr. 40 min t qalay) fəaliyyət göstərir. Avtomobil mühərrikləri (ildə 120 min) istehsal edilir. Sənayenin kauçuk, toxuculuq, yeyinti (yağ, meyvə-tərəvəz kon servləri) sahələri inkişaf etmişdir. İES (450 MVt) var. Turizm, istirahət və su idmanı növləri mərkəzidir (Corctaundan şimalda Ferringi-Biç dəniz çimərliyi). Hər il beynəlxalq qayıq yarışları keçirilir. Malayziyada ən böyük Budda məbədi Kek-Lok-Sı, ilanlar məbədi (Lacivərd bulud məbədi), Botanika bağı, dünyada kəpənək yetişdirən ən böyük fermalardan biri Corctaunun yaxınlığında yerləşir.

İstinadlar