Kuala Lumpur (malayKuala Lumpur) tərcümədə: "çirkli çay mənsəbi") — Malayziyanın paytaxtı.
Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Əhalisi 2009-cu ildə 1 809 699 nəfər təşkil edib.
Kuala Lumpur 1857-ci ildə salınıb. 1880–1978-ci illərdə Selamqorun paytaxtı olub. 1946–57-ci illərdə eyni zamanda ingilis müstəmləkəsinin (1946–48-ci illərdə Nalay İttifaqı, 1948–1957-ci illərdə Malay Federasiyası) inzibati mərkəzi, 1957–63-ci illərdə müstəqil Malay Federasiyasının paytaxtı olub. 1983-ci il ldə Malayziyanın paytaxtıdır. 1974-cü ildən federal ərazi statusundadır.
Şəhərdə iki universitet ("Malayya" və texnoloji), müxtəlif elmi-tədqiqat müəssisələri, Milli muzey, Silahl Qüvvələr Muzeyi, Milli şəkil qalereyası. arxiv və milli kitabxana vardır.