Dami İm

Vikipediya, azad ensiklopediya
EuroFantasy (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:00, 22 yanvar 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Dami İm
Ümumi məlumatlar
Doğum tarixi 17 oktyabr 1988(1988-10-17) (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2010-cu ildən
Janr pop musiqisi
Səs tembri soprano
Təhsili
damiim.com
damiim.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dami İm (kor. 임다미, ing. Dami Im; d. 17 oktyabr 1988, Seul, Cənubi Koreya) — Cənubi Koreyada anadan olmuş Avstraliya müğənnisi və bəstəkarı. İm doqquz yaşında ikən ailəsi ilə birlikdə Cənubi Koreyadan Avstraliyaya köçmüşdür.

O, 2013-cü ildə Avstraliyanın The X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmış və nəticədə Sony Music Australia albom şirkəti ilə müqavilə fürsəti əldə etmişdir. Yarışmadakı qalibiyyətindən sonra İmin "Alive" adlı debüt sinqlı təqdim olunmuşdur. Mahnı Avstraliya hit paradlarında birinciliyə yüksələ bilmişdir. Daha sonra ifaçının öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır.

İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ildə işıq üzü görmüş və ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur. Albomun ən çox dinlənən mahnıları "Super Love" və "Gladiator" olmuşdur.

Dami İm Avstraliyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müsabiqənin finalında ikinci yeri tutmaqla Avstraliyaya Avroviziyadakı ən yaxşı nəticəsini qazandırmışdır.

Həyatı

Dami İm 17 oktyabr 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində anadan olmuşdur. İmin atası Li Hae-yun peşəkar opera ifaçısıdır. İm hələ beş yaşında ikən piano dərslərinə başlamış və eyni zamanda tanınmış müğənnilərin mahnılarını oxumağa başlamışdır. Valideynləri doqquz yaşlı İm və onun kiçik qardaşı Kenninin Avstraliyada daha gözəl həyat yaşaya biləcəklərini düşündükləri üçün onlar anaları ilə birlikdə Avstraliyaya köçmüşdür.[1] Onlar Brisbendə dayıları ilə birlikdə yaşayarkən, İmin atası onlara maddi yardım göstərmək üçün Cənubi Koreyada qalıb, işləməyə davam etmişdir. Hal-hazırda İmin valideynləri birlikdə yaşayır, onlar ilin yarısını Avstraliyada, digər yarısını isə Cənubi Koreyada keçirirlər.[1]

11 yaşında İm Kvinslenddə yerləşən Qriffit Universitetinin Gənc musiqi konservatoriyası bölümündə təhsil almağa başlamışdır. O, Yamaha gənc pianoçular müsabiqəsində finalçı olmuş və eyni zamanda Kvinslend piano yarışmasında bir neçə dəfə qələbə qazanmışdır. İm Kvinslenddə Con Pol kollecinə daxil olmuş və 2005-ci ildə orada təhsilini başa vurmuşdur. 2009-cu ildə isə o, Kvinslend Universitetini fərqlənmə ilə bitirmişdir. The X Factor musiqi yarışmasına qatılmazdan öncə İm musiqi və piano müəlliməsi olaraq fəaliyyət göstərmişdir.

Musiqi karyerası

2010-2012: Karyeranın başlanğıcı

2013: The X Factor Australia

2013-2015: Dami ImHeart Beats albomları

2016-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

Dami İm "Sound of Silence" adlı mahnı ilə Avstraliyanı İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəyə 511 xalla 2-ci yeri qazandırmışdır[2].

Diskoqrafiya

Albomlar

Sinqllar

İstinadlar

  1. 1 2 "'Some people thought I was stupid': X Factor star Dami recalls terrible childhood". The Age. Fairfax Media. 29 avqust 2013. 23 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib.
  2. http://www.escdaily.com/australia-dami-im-will-fly-flag-australia/
Əvvəlki:
Qay Sebastian
"Tonight"
Avstraliya Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Ayzeya Fayrbreys
"Don't Come Easy"

Xarici keçidlər