Alma sukatı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Alma sukatı - Alma dilimlərindən hazırlanmış quru mürəbbə

Hazırlanma qaydası

Sukat hazırlamaq üçün əzilməyən şirin alma sortları götürülür. Almaları yuyub qabığını soyur, 2 və ya 4 yerə bölüb təmizləyirlər. Xırda almaları bütöv də bişirmək olar. Hazır almalar 5-10 dəqiqə qaynayan suda saxlanılır və dərhal soyuq suda soyulur. Alma qaynadılan sudan və 4 stəkan toz-şəkərdən 35-40%-li şərbət hazırlanır, almanın üstünə tökülüb 3-4 saat saxlanılır, ikinci dəfə 5-7 dəqiqə qaynadılıb 6-8 saat saxlanılır, üçüncü dəfə əməliyyat təkrar edilir və dördüncü dəfə almalar şəffaflaşanadək bişirilir. Almalar süzgəcə tökülür, şirəsi ayrılır, üstünə toz-şəkər səpilir və qurudulur.

Həmçinin bax

Mənbə

  • Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.