Sukat (it. succada, succo — "şirə" sözündən) — doğranmış meyvə və ya tərəvəzlərin şərbətdə (şəkər siropunda) qaynadılaraq, sonradan qurudulması yolu ilə hazırlanan şirniyyat.
Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur.