Əruz vəzni

Vikipediya saytından
Wertuose (müzakirə | töhfələr) (Yeni səhifə: '''Əruz''' (ərəb sözü olub geniş yol, şeir haqqında elm və s. mənalar bildirir) - Uzun və qısa hecaların bir-birini əvəzləməsinə əsaslanan şeir vəzni. Bu şei…) tərəfindən edilmiş 09:57, 1 aprel 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Əruz (ərəb sözü olub geniş yol, şeir haqqında elm və s. mənalar bildirir) - Uzun və qısa hecaların bir-birini əvəzləməsinə əsaslanan şeir vəzni. Bu şeir ölçüsünü ilk dəfə sistemləşdirib elm şəklinə salan VIII əsrdə yaşamış ərəb musiqişünası və filoloqu şeyx-imam Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsri olmuşdur. O, əruzun 15 bəhrini müəyyənləşdirmişdir.

Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəznində şeirdəki misralarda uzun və qısa hecaların bir-birini izləməsi, ardıcıl şəkildə təkrarı əsas götürülür. Azərbaycan şeirində əruzun 11 bəhrindən istifadə olunmuşdur. Ədəbiyyatımızda ən çox işlənən həzəc, rəməl, xəfif, səri, münsərih bəhrləridir.

[[ru:Аруз]