Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əruz (ərəb. عروض; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır.
Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir:[1]
Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar.
Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. "Rəcəz" formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da "səc" kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-peşəkar, spontan forma) kimi qiymətləndirilir.
Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq peşəkar və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə peşəkar səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi "səc" və "rəcəz" şeir formaları da öz mövcudluğunu qorumuşdur.
X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən etmişdir. Azərbaycan şeirində əruzun 12 bəhrindən (həzəc, rəməl, mütədarik, rəcəz, müzare, münsərih, müctəs, mütəqarib, xəfif, səri, kamil, müqtəzəb) və yüzlərlə qəlibindən istifadə edilir. Həmin qəliblərdən bir çoxu X. İ. Əhməddən sonra yaradılmışdır. Həmçinin, Azərbaycan əruzunda "Bəhri-təvil" ("Uzun dərya") adlanan sərbəst şeir forması yaranmışdır.[1]
Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur. Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasından xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunduğu məlumdur.[1]
İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir.[1]
Heca vəznində olan əsərlərdən fərqli olaraq, əruz vəznli şeirlərin misralarındakı hecalarının bərabər olması zəruri deyildir. Əruz vəznli şeirlərdə bu bərabərliyi hecaların uzun və ya qısa tələffüs edilməsi yaradır. Bəs təf`ilədəki (deməli, həm də ona uyğun olan misra bölümdəki) hecaların qısa və ya uzun olduğu necə müəyyənləşdirilir? Bu vəznin tələbinə görə, qapalı hecalar uzun, açıq hecalar isə, əksər hallarda, qısa olur. Əgər heca uzanan saitlə bitərsə, uzun heca sayılır. Buradan aydınlaşır ki, qəlibdə açıq və qapalı hecalar növbələşirsə, şeirin bütün misralarında da o qayda özünü göstərir.
Əruzda "ikiqat uzun heca" anlayışından da istifadə olunur. Lakin Azərbaycan əruzu üçün ikiqat uzun heca anlayışının qəbul olunmasına ehtiyac yoxdur. Çünki Azərbaycan əruzunda ikiqat uzun heca uzun heca ilə demək olar ki, eyni əhəmiyyətə malikdir. Yəni, ikiqat uzun hecanı elə uzun heca kimi qəbul etmək olar.
Əruzda misraların uzunluğunu, ritmik quruluşunu (uzun və qısa hecaların ardıcıllıq forması) və bölgülərini əvvəlcədən tərtib edilmiş qəliblər müəyyən edir. Əruz qəliblərinin aşağıdakı ifadə formaları mövcuddur:
Misal (rəməl-2):
Misal (rəməl-2):
Misal (rəməl-2):
Misal (rəməl-2):
Azərbaycan türkcəsinə daha münasib olan 3-4-4-4 bölgüsü ilə: