Kilit Monsonit yatağı

Vikipediya, azad ensiklopediya
Toqoo (müzakirə | töhfələr) (Kateqoriya:Coğrafiya əlavə olundu HotCat) tərəfindən edilmiş 13:38, 13 iyun 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan ensiklopediyası.Bakı.2002.594 səh.