Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur.
«Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər.
Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar[1] müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Pərayaqlılar bir qayda olaraq ənənəvi yataqlarda çoxalırlar. Denək olar ki, onların sayı olduqca məhduddur. Misal olaraq Şimal dəniz şiri Sakit okeanın geniş əraziyə sahib şimal hissəsində yayılsalarda cəmi bir necə adada yataqlar təşkil edirlər. Yataqların həcmi genişmiqyaslı xarakter ala bilər. Suiti adasında hazırda 55 000 dəniz şirini görmək olar. XX əsrin ortalarında say 100 000 başı[2] keçirdi.
Qulaqlı suitilərin yataqları olduqca məhdud olması ilə yanaşı qısa dönəmlər üçündür. Bala verdikdən bir müddətdən sonra körpələr anasının arxasınca açıq dənizə istiqamətlənirlər. Ancaq onlar bu dönəmdə qurudan böyük məsafələrdə uzaqlaşmırlar. Yataqlar əsasən əlçatmaz ərazilərdə, qayalıqlar, iri daş lövhələr üzərində təşkil edilir. Bəzi hallarda yırtıcılar yatağa daxil olurlar. Bu zaman bütün yeni doğulan nəslin məhvi belə müşahidə edilə bilir. Buna bənzər hadisələr Kamçatkanın şərq sahillərində yerləşən Kozlov burnunda yerləşən yataqda müşahidə edilir. Bəzən Ağ ayıların yatağa daxil olması müşahidə edilir. Digər təhlükə isə Osalar tərəfindən törədilir.