Kilit Monsonit yatağı

Kilit Monsonit yatağı- Ordubad rayonu ərazisində,Kilit kəndindən 2 kilometr şimal-şərqdə Kilit çayının sağ sahilindədir.Geoloji quruluşunda Mehri-Ordubad plutonunun monsonit fazasının süxurları təşkil edir.Faydalı qat xırda və orta dənəli,boz və tünd-boz rəngli kvarslı monsonitdən təşkil olunmuşdur.Sahəsi 0.03 kvadrat kilometr,faydalı qatın öyrənilmiş qalınlığı 50-90 metrdir.Monsonit yüksək dekorativliyə malik olub,üzlük daşı kimi köbə(bordyur) və binaların fasad hissələrinin tikintisində,abidələrin hazırlanmasında istifadə oluna bilər.Yatağın sənaye ehtiyatı 1260.1 min kub metrdir.[1]

  1. Naxçıvan ensiklopediyası.Bakı.2002.594 səh.