Arif Qədimov

Vikipediya, azad ensiklopediya
85.132.117.21 (müzakirə) (→‎Həyatı) tərəfindən edilmiş 14:36, 24 iyun 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Arif Qədimov
Fayl:Arif Qədimov.jpg
Doğum tarixi 1 avqust 1940 (1940-08-01) (83 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Moskva Hərbi Xarici Dillər İnstitutu, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam, Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı
Tanınmış işləri "Ağ yolun yolçusu", "Müqəddəs qəbirlər sorağında", "Sirli xalçalar", "Bir ömür boyu yaşadım Adəmli, Nuhlu", "Qədim diyar", "Mənim Naxçıvanım", "Köhnə qala haqqında ballada"

Arif Firudin oğlu Qədimov (d.01.08.1940, Naxçıvan şəhəri) — tərtibatçı rəssam. 1989-cu ildə Naxçıvan Muxtar Respublikası1999-cı ildə Azərbaycan Respublikası əmakdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Təqaüddədir. Bu müddətdə "Naxçıvan Nuhun yurdudur", "Bir ömür yaşadım, Adəmli, Nuhlu", "Bir ömrün xatirələri", "Ağ atlının qisası", "Nuh dastanı", "Əshabu-Kəhf dastanı, "Əcəmi dastanı" kimi tarixi -tədqiqat əsərlərini işləmiş və oxucuların ixtiyarına vermişdir. Bu günlərdə təkrar nəşr kimi və geniş elmi əlavələrlə "Naxçıvan Nuhun yurdudur" adlı əsəri çapa gedəcək.

Həyatı

  • 1965-ci ildə Moskvada Hərbi Xarici Dillər İnstitutuna daxil olmuş;
  • 1969-cu ildə Bakı Yüngül Sənaye Texnikumunu bitirmiş;
  • 1960- 1974-cü ildə BakıXankəndi ayaqqabı fabriklərində modelyer, baş modelyer-konstruktoru olmuş;
  • 1975-1985-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərmiş;
  • 1985-1995-ci illərdə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olmuşdur.

Arif Qədimov, Moskvada Hərbi Xarici Dillər İnstitutuna daxil olmuş, lakin obyektiv səbəbdən təhsilini davam etdirə bilməmişdir.

Rəssamlıq fəaliyyəti

1995-ci ildə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olarkən "Qanlı Yanvar", "30-cu illərin maarif xadimləri", "Bəhruz Kəngərli", "Heydər Əliyev" və s. guşələr yaratmışdır.Tarixi-sənədli filmlərin ("Qədim diyar", "Mənim Naxçıvanım", "Köhnə qala haqqında ballada" və s.) müəllifidir. "Gəmiqaya" filmi ABŞ, Kanada, ArgentinaAvstraliyada nümayiş etdirilmiş, beynəlxalq kataloqa düşmüşdür. Arif Qədimov 1998-ci ildən "Azərbaycan xalçası" Naxçıvan Muxtar Respublikasının Dövlət Muzeyinin direktorudur; özünün yaratdığı "Möminə Xatun" türbə-muzey kompleksinə də rəhbərlik edir. "Ağ yolun yolçusu", "Müqəddəs qəbirlər sorağında", "Sirli xalçalar", "Bir ömür boyu yaşadım Adəmli, Nuhlu" tarixi tədqiqat əsərlərinin müəllifidir. [1]

Həmçinin bax


Xarici keçidlər

  • Naxçıvan Muxtar Respublika Dövlət Tarix Muzeyi
  • C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi
  • "Naxçıvan ensiklopediyası: I cild" (az.)).
  • "Naxçıvan ensiklopediyası: II cild" (az.)).

İstinadlar

  1. NE, I cild,, 2005. səh. 335