Xeyir və Şər (film, 1980)

Vikipediya saytından
Abutalub (müzakirə | töhfələr) (Kateqoriya:Azərbaycan cizgi filmləri əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 16:49, 5 avqust 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Xeyir və Şər
Fayl:Xeyir və Şər (1980).jpg
Janr musiqili film
Rejissor
Operator
  • Antonina Korotnitskaya[d]
İlk baxış tarixi 1980
Dil Azərbaycan dili

Məzmun

Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır.
Film-nağıl xeyirlə şərin əbədi mübarizəsindən, son nəticədə Xeyirin qələbə çalmasından, yaxşılığın, xeyirxahlığın qüdrətindən bəhs edir.

Film haqqında

  • Applikasiya filmidir.
  • Film Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasından bir nağılın motivləri əsasında çəkilmişdir.
  • Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Nizami Gəncəvi
Ssenari müəllifi : Ədhəm Qulubəyov
Rejissor : Nazim Məmmədov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Kamal Seyidov
Mətni oxuyan : Həsənağa Turabov
Rəssam : N. Ağayeva, Cəvahir Quliyeva, V. Bessarabova, Y. Melkumova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Sahibə İbadova, Vaqif Məmmədov, Hüseyn Cavid İsmayılov
Montaj edən : Lidiya Vyalsova
Rejissor assistenti : Sima Qurbanova
Rəssam assistenti : Y. Uznadze
Redaktor : D. Tahirova
Filmin direktoru : T. Həmidov

Sitatlar

İncimə, ey hökmdar
Eşit, sənə sözüm var
Dünyanın nə varında, nə pulunda gözüm var.
Min-min güllər içində bircə gülüm var mənim
Sənin qızın bacımdır, öz sevgilim var mənim

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
Xeyir və Şər (balet)

Xarici keçid

Filmi izlə