Rafiz Rza oğlu İsmayılov ( 30 mart 1939, Bakı) — Azərbaycan kino rəssamı,[1] rejissor, ssenari müəllifi, rəssam assistenti, dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).
30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.[2] 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur. R. İsmayılov bir neçə kitabin da tərtibatçı — rəssamıdır.
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Üç qız (film, 2005) (tammetrajlı bədii film)
- Axınla aşağı (film, 2014) (tammetrajlı bədii film)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rəssam
- Avqust gələndə (film, 1984)
- Azərbaycan xanlıqları (film)
- Bayramda yağış (film, 1985)
- Bəxtəvər (film, 1990)
- Biz qayıdacağıq (film, 2007)
- Biz qayıdacağıq (veriliş, 2007)
- Cavad xan (film, 2009)
- Danışan işıqlar (film, 1965)
- Dantenin yubileyi (film, 1978)
- Dədə Qorqud (film, 1975)
- Diplom işi (film, 1979)
- Dronqo (serial, 2002)
- Ev (film, 2007)
- Evin kişisi (film, 1978)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Fəryad (film, 1993)
- Göyçək Fatma (film, 1988)
- Xeyir və Şər (film, 1980)
- İstanbul reysi (film, 2010)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- İşgüzar səfər (film, 1982)
- Küçələrə su səpmişəm (film, 2004)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qatır Məmməd (film, 1974)
- Qəribə adam (film, 1979)
- Qətldən yeddi gün sonra (film, 1991)
- Qisas (film, 1991)
- Lağım (film, 1993)
- Maestro Niyazi (film, 1975)
- Mezozoy əhvalatı (film, 1976)
- Məhkumlar (film, 2007)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
- Oda (film, 1990)
- Otel otağı (film, 1998)
- Oxuyur Müslüm Maqomayev (film, 1971)
- Ovsunçu (film, 2002)
- Ölsəm... bağışla (film, 1989)
- Özgə ömür (film, 1987)
- Pirverdinin xoruzu (film, 1987)
- Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
- Sevinc buxtası (film, 1977)
- Sizin düşməniniz (film, 1987)
- Son döyüş (film, 1996)
- Sübhün səfiri (film, 2012)
- Təhminə (film, 1993)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Təsadüfi görüş (film, 1999)
- Torpaq (film, 2002)
- Üzeyir ömrü (film, 1981)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Yenilməz batalyon (film, 1965)
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.