Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub.[1]
1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada "Soyuzmultfilm"də rəssam-multplikator kimi bitirmişdir. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaratmışdır.
Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.[2]
2016-cı ilin sentyabrında Port Baku Mallda Nazim Məmmədovun 50-dən çox[3] əsərinin yer aldığı sərgisi açılmışdır.[4]2017-ci ildə Art Tower qalereyasında rəssamın şəxsi kolleksiyada olan əsərləri ilk dəfə sərgilənib.[5]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 49; 313-318.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi. "NAZİM MƏMMƏDOV"(az.). animation.az. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.