Gəncə iğtişaşları (2018)

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) ({{*}}) tərəfindən edilmiş 10:42, 25 avqust 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Gəncə iğtişaşları
Gəncə iğtişaşları baş tutduğu meydan
Gəncə iğtişaşları baş tutduğu meydan
Tarix 10 iyul 2018
Yeri Gəncə, Azərbaycan
Səbəbi Yunis Səfərovun müdafiə edilməsi
Nəticəsi  • 2 polisin öldürülməsi
 • 5 dinc vətəndaşın öldürülməsi
 • 54 nəfərin həbs edilməsi
 • həbs edilən 54 nəfərə qarşı işgəncələr
 • həbs edilən 54 nəfərin doğmalarının ölümü
Münaqişə tərəfləri

Yunis Səfərovun tərəfdarları

 • Fayl:Daxili İşlər Nazirliyi loqo.png DİN
 • DTX
 • Fayl:Azərbaycanın Daxili Qoşunlarının loqosu.png DİN DQ

İtkilər

5 nəfər

2 nəfər

Ümumi itkilər
7 nəfər öldürüldü

Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. Hadisələrdən sonra həmdə, Gəncə iğtişaşlarında günahlandırılan, dini yönümlü qrup üzvü olduğu iddia edilən beş nəfərdə öldürüldü.

Gəncə iğtişaşlarından sonra həbs edilən 54 nəfərə qarşı istintaq başlanıldı. "Gəncə işi" adlandırılan cinayət işi, Azərbaycanda həbs cəzasının ilinə görə ən genişi oldu. 54 nəfərə 5 ildən 10 ilə qədər olan həbs cəzaları, ümumi olaraq isə 300 il həbs cəzası verildi. 54 nəfər Cinayət Məcəlləsinin 20-dən çox maddələri üzrə ittiham olundu.

Gəncə iğtişaşları həmdə işıq böhranının fonunda baş verdi.

Zəmin

2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi.

Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub. Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun, 2016-cı ildə İranın Qum şəhərində 8 ay yaşadığı, bu müddət ərzində Azərbaycan vətəndaşı Rasim Əsədovla birgə Rusiya ərazisində silahlı birləşmələrin heyətində döyüş təlimi aldığı iddia olunur. Reallıqda isə Yunis Səfərov Rusiyanın Mədəniyyət və İncəsənət Universitetini hüququ ixtisası üzrə bitirib, bir müddət Rusiyada 157 nömrəli təhsil müəssisəsində tarix müəllimi olaraq çalışıb. Həmin təhsil müəssisəsinin sabiq rəhbəri, jurnalist Qənimət Zahidə verdiyi müsahibəsində, Yunis Səfərovun olduqca mədəni, ziyalı bir gənc olduğunu bildirdi.

Hadisələr

Fayl:Rəşad və Fərrux (Gəncə iğtişaşları, 2018).jpg
Rəşad Böyükkişiyev və Fərrux Qasımov

İyulun 10-da, hələ günorta saatlarında Gəncə şəhərinin meydanına Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzvləri cəlb olunmuşdu və meydan boşaldılmışdı.

Saat 20.00 radələrində Gəncə şəhərinin meydanında 150-200 nəfərdən ibarət bir qrup şəxs dini şüarlar səsləndirməyə başladı.

Saat 20.30 radələrində meydanda Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov müəmmalı formada öldürüldü. Onların deşici vasitələrlə öldürüldüyü bildirildi. Bundan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzvləri meydanda olanlara müdaxilə edir və həmin şəxsləri həbs etməyə başlayır. Həbs etmə zamanı polislərin, etirazçılara qarşı zor tətbiq etdiyi video materiallardan görünür.

Saat 21.00 radələrində DİN, DTX və BP birgə məlumat yayır. İlqar Balakişiyev və Səməd Abbasovun öldürülməsində şübhəli bilinən 2 nəfərin axtarışa verildiyi bildirilir: 1988-ci il təvəllüdlü, əvvəllərdə həbs olunan Rəşad Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Qasımov. Məlumatda həmdə 40 nəfərin həbs edildiyi, bir sıra şəxslərin isə axtarışa verildiyi bildirildi.

Nəticə

İyulun 12-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Rəşad Məmmədəli oğlu Böyükkişiyev, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Rəşad Böyükkişiyevin silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Məhv ediləndən sonra onun üzərindən tapança tapıldı.

Daha sonra iyulun 21-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən daha bir nəfər, Anar İslam oğlu Bağırov, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Anar Bağırovun silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Məhv ediləndən sonra onun üzərindən tapança tapıldı.

İyulun 25-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Ağa Hüseyn oğlu Sərxani, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Ağa Sərxaninin silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Aparılan araşdırmalar zamanı Ağa Sərxaninin 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin heyətində döyüş təlimlərində olduğu məlum oldu.

Daha sonra iyulun 28-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən daha bir nəfər, Fuad Tofiq oğlu Səmədov, DTX-nın "Aslanlar" qrupu tərəfindən aparılan əməliyyat zamanı məhv edildi. Fuad Səmədovun silahlı müqavimət göstərdiyinə görə "Aslanlar" qrupunun üzvləri tərəfindən öldürüldüyü bildirildi. Məhv ediləndən sonra onun üzərindən tapança tapıldı.

Avqustun 11-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən Murad Çapay oğlu Rəhimov, Daxili İşlər Nazirliyinin işçiləri tərəfindən aparılan əməliyyat zamanı məhv edildi.

Həbs edilənlər

Gəncə iğtişaşları nəticəsində 54 nəfər həbs edildi. 41 nəfərə 5 ildən 10 ilə qədər olan həbs cəzaları verildi: Samir İbrahimov və Xəyal Qafarov (hərəsi 10 il), Maarif Hacıyev və Yavər İsmayılzadə (hərəsi 9 il), Əli Rzayev, Kamal Məhərrəmov, Kamal Quliyev, Orxan Yanqalıyev və Şahlar Rzayev (hərəsi 8 il 6 ay), Aydın Rüstəmov, Elman Rüstəmov, Elman Quliyev, Nemət Heydərli, Nizami Əkbərov, Raul Süleymanov, Ruslan Həsənov, Seymur Əliyev, Toğrul Verdiyev, Tural Bayramov, Ülvi Həsənov, Vüqar Allahverdiyev və Zabil Cümşüdov (hərəsi 8 il), Alim Yusifov, Araz Həsənov və Vaqif Əşrəfov (hərəsi 7 il 6 ay), Elvin Allahverdiyev, Elvin Nəzərov, Feyruz Hacıyev, Kamal Məmmədtağıyev, Mireşqin Seyidov, Qadir Hüseynov, Rauf Qurbanzadə və Vüqar Xudiyev (hərəsi 7 il), Elvin Əliyev, Fikrət Mirzəliyev, Gülmirzə Nurizadə, Renat Məmmədov, Sabir Əzizov və Səbuhi Rəcəbov (hərəsi 6 il), Cabir Əzizov və Riya Nurizadə (hərəsi 5 il).

14 nəfərə isə həbs cəzaları hələ verilməyib: Eltun Əliyev, Nofəl Məmmədov, Elmir Məmmədov, Ariz Feyrizadə, Mirməcid Abbasov, Rasim Heydərov, Səxavət Əhmədov, Orxan Hüseynov, Elman Məmmədov, İsa Məhərrəmov, Qənbər Qarazadə, Firudin Zeynalov və İqram Rəhimov.

Həbs edilənlərə qarşı işgəncələr

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Gəncə iğtişaşları nəticəsində həbs edilən 54 nəfərə verilən işgəncələrlə bağlı sosial mediada dəfələrlə məlumatlar yaydı. Həmin işgəncələrə dözməyib intihar həddinə çatanlar və buna cəhb edənlər olmuşdu.

Gəncə iğtişaşlarında təqsirləndirilən Asif Cavadov işgəncələrdən bezdiyi üçün "özümü öldürəcəm" sözünə, onu dindirən şəxs masasının süyürməsindən silahı çıxararaq Asif Cavadova uzatmış və "özünü öldürürsən, al öldür" demişdi. Asif Cavadov isə silahı özünə tuşlayaraq tətiyi işə saldı. Amma silahda güllə yox idi. Bununla da Asif Cavadovun özünü öldürməyə hazır olduğu göründü. Bu hadisənin şahidi iğtişaşlarda təqsirləndirilən digər şəxs Şahin Verdiyev olmuşdu.

Gəncə hadisələrinə görә hәbs olunmuş Aydın Qurbanov 2019-cu il iyulun 10-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iyulun 11-də yaydığı birgə məlumatda isə onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini və buna görə vəfat etdiyini bildiriblər.[1]

Hadisəyə şərhlər

Bir sıra ictimai-siyasi fəallar Gəncədə baş verən iğtişaşları şərh etdi. Şərh edən iqtidar nümayəndələri mütləqi hadisələrin Azərbaycana qarşı olan terror olaraq qiymətləndirdi. Amma müxalifət nümayəndələri Gəncə iğtişaşları zamanı polislərin müəmmalı formada öldürülməsində, iqtidarı günahlandırdı.

B. Hacıyev

Hadisələr zamanı rəis müavinlərinin polis işçiləri tərəfindən müdafiə edilməməsi, onların qatillərinin yerindəcə zərərsizləşdirilməməsi, cəmiyyətdə bir mənalı qarşılanmadı. Hadisələri şərh edən ictimai fəal Bəxtiyar Hacıyev, 2 polis zabitinin Elmar Vəliyevə qurban verildiyi vurğuladı:

" Bir həftədir təxribat olacaq deyib, hazırlıq görüb, o qədər polis arasında 2 polisin öldürülməsinə, sonrada ərazidən itib, axtarışa verilməsinə kim şərait yaratdı? Gəncə şəhərində toplanmış o qədər polis 2 bıçaqlının cinayətinin qarşısını almaq bir tərəfə, 2 polisi bıçaqlamış adamın zərərsizləşdirilməsi bir tərəfə, səhərə qədər tapada bilmədi? 2 polis zabiti Elmar Vəliyevə qurban verildi, xalq "dövlət əldən gedir" deyib, Elmar Vəliyev məsələsini unutsun.
İctimai fəal Bəxtiyar Hacıyev
"
Fayl:Elman Məmmədov.jpg
E. Məmmədov

Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov Gəncə iğtişaşlarını şərh edəndə, iğtişaşları törədən şəxslərin layiqli cəzalarını alacaqlarını bildirdi:[2]

" Təbii, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmə, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaqdır. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər Azərbaycanda iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər.
"
Fayl:Rauf Əliyev (siyasətçi).jpg
R. Əliyev

Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev Gəncə iğtişaşlarını şərh edəndə, iğtişaşları Azərbaycanın xaricdə olan düşmənləri ilə əlaqələndirdi:

" Xaricdə olan düşmənlərimiz dövlətimizdə olan əlaltıları vasitəsilə Azərbaycanda mövcud olan və dünya dövlətlərinə nümunə göstərilən sabitliyi pozmaq, gərgin vəziyyət yaratmaq məqsədilə əvvəlcə Gəncə şəhərinin icra başçısına qarşı terror hücumu ediblər. 10 iyul 2018-ci il tarixində isə cinayət təmayüllü bir qrup şəxs Gəncə şəhərində ictimai asayışı pozaraq qeyri-qanuni iğtişaş reallaşdırmağa cəhd göstərdilər. Bu zaman 2 rütbəli polis zabiti şəhid oldu. Baş verən bu hadisələr Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir.
Deputat Rauf Əliyev
"
Fayl:Pərvin Kərimzadə.jpg
Pərvin Kərimzadə

Azərbaycan Milli Məclisinin Gəncədən olan deputatı Pərvin Kərimzadə Gəncə iğtişaşlarını şərh edəndə, Gəncədə yaşayanlarında hər zaman dövlətə sədaqətləri ilə seçildiyini vurğuladı:

" Sözsüz, Gəncədə yaşayanlarda hər zaman dövlətə sədaqətləri ilə seçiliblər. Bu gündə dövlətimizdə olan sabitliyin, əmin-amanlığın davam etməsi hər bir azərbaycanlının məqsədidir. Gəncədə bu gün sabitdir, bütün Gəncə əhalisi baş verən hadisələri pisləyir və hamını sabitliyə, əmin-amanlığa, şaiyələrə uymamağa çağırır.
"

Həmçinin bax

İstinadlar

  1. 'Gəncə məhbusu' vəfat edib
  2. "Elman Məmmədov: Gəncə iğtişaşlarını törədən şəxslər layiqli cəzalarını alacaqlar.  (az.)". www.az.trend.az ("Trend" İnformariya Agentliyi). İstifadə tarixi: 16.07.2018.