Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent.
Pərvin Kərimzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1976 (48 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[2] 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır[3].
Ailəlidir, iki övladı var.
1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb. 2013-cü ildən Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.
2004-cü ildə "XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" (Gəncə mesenatlarına xüsusi yer ayrılıb) mövzusunda dissertasiyasını müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cı ildən elmlər doktoru proqramı üzrə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası ilkin müzakirədən keçib.
Elmi fəaliyyətinin əsasını Azərbaycan tarixi, xüsusən də erməni-Azərbaycan münaqişəsi, Gəncə tarixi təşkil edib. Gəncə tarixinə həsr edilmiş kitablarda Heydər Əliyevin Gəncə səfərləri, Heydər Əliyev Fondunun Gəncə ilə bağlı fəaliyyəti haqqında yazıları dərc edilib. XX əsrin əvvəllərində Gəncədə milli hərəkat, ilk milli partiyalar, Gəncənin tanınmış şəxsiyyətləri (Ə. Rəfibəyli, M Pişnamazzadə, A. Ziyadxanov, İ. Ziyadxanov və başqaları), 1905–1906-cı il Gəncədə ermənilərin törətdiyi təxribatlar, daşnaksyutun partiyasının terrorçu fəaliyyətini ifşa edən və digər mövzularla bağlı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin (Türkiyə, Fransa, Almaniya, Rusiya, Ukrayna, Gürcüstan və s.) nüfuzlu elmi nəşrlərində, web of science bazasına daxil olan jurnallarda 70-dən artıq elmi məqaləsi dərc edilib.
Portuqaliyanın Minho Universitetinin, Avstriyanın Tətbiqi Elmlər Universitetinin, Böyük Britaniyanın Middleks Universitetinin, İsveçin KTH Kral İnstitutunun Beynəlxalq Sertifikatları ilə təltif edilib. Azərbaycanı beynəlxalq və yerli konfranslarda, elmi tədbirlərdə mütəmadi təmsil edib.
2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının VIII konfransında Təşkilatın sədr müavini, eyni zamanda Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Qadınlar Şurasının sədri seçilib[4]. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvüdür. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkilərində Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür.
Milli Məclisin Azərbaycan-Türkiyə, Azərbaycan-Litva, Azərbaycan-Gürcüstan, Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qruplarının üzvüdür.
Yeni Azərbaycan Partiyası tərəfindən 37 Saylı Nizami (Gəncə) Birinci Seçki Dairəsindən Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülüb.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[5]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Panama parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[6]