Elman Məmmədov

Elman Həmzə oğlu Məmmədov ({{DVTY}} şablonu boşdur) - 6 dekabr 1972, Naxçıvan, Nehrəm kəndi

Elman Məmmədov
Elman Həmzə oğlu Məmmədov
Doğum tarixi (50 yaş)
Doğum yeri Naxçıvan Nehrəm
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Dini İslam
İxtisası Həkim Pediatr
Təhsili Azərbaycan Dövlət Tibb Universiteti
Fəaliyyəti Həkim
Fəaliyyət illəri 1997-ci ildən

Həyatı[redaktə | mənbəni redaktə et]

Elman Məmmədov Həmzə oğlu 6 dekabr 1972-ci ildə Naxçıvanın Nehrəm[1] kəndində anadan olub. Ailəlidir və üç övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

1980-ci ildə Naxçıvanın Nehrəm kəndinin 1 nömrəli Tam Orta Məktəbində təhsilinə başlmışdır. 1990-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinin[2] Pediatriya fakültəsinə daxil olmuşdur. 1996-cı ildə təhsil aldığı universiteti müvəffəqiyyətlə bitirmişdir. 1996 və 1997-ci illərdə internatura keçmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1993-cü ildən 1996-cı ilə qədər Musa Nağıyev adına Təcili Yardım Xəstəxanassında Tibb Qardaşı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi fəaliyyətə başlamışdır. 2008-ci ildə Mərkəzi Gömrük Hospitalında[3] Təcili Yardım şöbəsində həkim kimi fəaliyyətə başlamış və Mərkəzi Gömrük Hospitalında Xəstə Xidmətləri şöbəsinin rəisi olmuşdur. Bu fəaliyyətlərindən sonra isə 2011-ci ildə Mərkəzi Gömrük Hospitalının rəisi[4] təyin edilmişdir və 21 dekabr 2022-ci ilə qədər fəaliyyətinə davam etmişdir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi[5] yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Departamentinin Rəis Müavini kimi fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]