Cənubi Sporad adaları

Vikipediya saytından
Toghrul R (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:50, 25 sentyabr 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cənubi Sporad adaları
Ümumi məlumatlar
Ümumi sahəsi
  • 3.541 km²
Əhalisi
  • 200.000 nəf. (2005)
Yerləşməsi
38°50′ şm. e. 24°25′ ş. u.
Ölkə  Yunanıstan
Akvatoriya
Cənubi Sporad adaları xəritədə
Cənubi Sporad adaları
Cənubi Sporad adaları

Cənubi Sporad adaları (Dodekanes) – Egey dənizində, Kiçik Asiya yarımadasının cənub-qərb sahili yaxınlığında adalar qrupu.

Cənubi Sporad adaları Yunanıstan ərazisinə daxildir. Sahəsi 3541 kv. km.-dir. Əhalisi 200 min nəfərdir (2005). Əsas adaları Rodos, Samos, İkariya, Kos, Karpatos adalarıdır. Relyefi dağlıqdır. Maksimum hündürlüyü 1434 metrdir (Samos adasında Kerketefs dağı). Cənubi Sporad adalarında kolluqlar, bəzi yerlərində həmişəyaşıl palıd, şam və sərv meşələri geniş yayılmışdır. Əhalisinin əsas məşğuliyyəti subtropik əkinçilik, (üzümçülük), bağçılıq, heyvandarlıq, (davar) və balıqçılıqdır. Rodos və Samos şəhərləri Cənubi Sporad adalarındadır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 323. ISBN 978-9952-441-10-9.