Cənubi Sporad adaları (Dodekanes) – Egey dənizində, Kiçik Asiya yarımadasının cənub-qərb sahili yaxınlığında adalar qrupu.
Cənubi Sporad adaları | |
---|---|
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Əhalisi |
|
Yerləşməsi | |
38°50′ şm. e. 24°25′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
Akvatoriya | |
|
Cənubi Sporad adaları Yunanıstan ərazisinə daxildir. Sahəsi 3541 kv. km.-dir. Əhalisi 200 min nəfərdir (2005). Əsas adaları Rodos, Samos, İkariya, Kos, Karpatos adalarıdır. Relyefi dağlıqdır. Maksimum hündürlüyü 1434 metrdir (Samos adasında Kerketefs dağı). Cənubi Sporad adalarında kolluqlar, bəzi yerlərində həmişəyaşıl palıd, şam və sərv meşələri geniş yayılmışdır. Əhalisinin əsas məşğuliyyəti subtropik əkinçilik, (üzümçülük), bağçılıq, heyvandarlıq, (davar) və balıqçılıqdır. Rodos və Samos şəhərləri Cənubi Sporad adalarındadır.