Zəhra Quliyeva (dövlət xadimi)

Vikipediya, azad ensiklopediya
Scherbatsky12 (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 11:54, 19 noyabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zəhra Quliyeva
Zəhra Tahir qızı Quliyeva
Şəxsi məlumatlar
Doğum tarixi
18 yanvar 1923(1923-01-18)
Doğum yeri Bakı
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı
Təhsili Azərbaycan Tibb Universiteti
İxtisası Həkim (oftalmoloq)
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi Tibb elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Zəhra Quliyeva — Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin keşmiş sədrlərindən biri (1998-2005), tibb elmləri doktoru (1967), professor. (1968), əməkdar elm xadimi (1981)

Həyatı

Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində mühəndis Tahir bəylə, Camal xaımın ailəsində anadan olmuşdur. Tahir Quliyev həm də Neft və Kimya İnstitutunun professoru idi. Zəhra xanım orta təhsilini Bakı şəhəri 132 saylı məktəbdə aldıqdan sonra 1940-cı ildə məkətbi yaxşı qiymətlərlə bitirdiyi üçün Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilən tələbələrdən biri olmuşdur.

1944-cü ildə ali məktəbi əla qiymətlərlə bitirən Zəhra Quliyevaya Dövlət Komissiyasının vəsitəsilə Göz xəstəlikləri kafedrasında saxlayıb ordinator vəzifəsini tapşırırlar. Zəhra xanım xatirələrində yazırdı:

" "Göz xəstəlikləri kafedrasında mən bir il professor Trubinlə işlədim. O, dünyasını dəyişdikdən sonra kafedra müdiri Umnisə xanım Musabəyova oldu. Mənim oftalmologiya sahəsindəki inkişafımda professor Umnisə xanımın əvəzsiz xidmətləri vardır. Onun rəhbərliyi və himayəsi altında həm namizədlik, həm də doktorluq elmi işlərimi müdafiə etmişəm" "

Beləliklə, 1958-ci ildə o, "Müxtəlif üsulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

Bundan sonra alim "Görmə itiliyinin, refreksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri" mövzusu üzərində işləməyə başlamış, bununla əlaqədar Moskvaya ezam olunmuşdur. Burada bir müddət Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Gigiyenası İnstitutunun rəng duyğusu laboratoriyasında araşdırmalar aparan Zəhra xanım, 1967-ci ildə həmin mövzuda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir.

Həmin illərdən Azərbaycan Tibb İnstitutunda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun rektoru, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri, "Sevil" Qadınlar Məclisi sədrinin müavini, Bakı Şəhər Sanitariya-təmizlik məsələləri üzrə komissiyanın sədri, 1998-2005-ci illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.

Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

SSRİ Ali Sovetinin (8 və 9-cu çağırış) və Bakı Şəhər Sovetinin deputatı olmuşdur. Amerika Bioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin qadını" seçilmişdir.

"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.

Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər