Bəhram Məmmədli

Vikipediya, azad ensiklopediya
Anvar62 (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:09, 6 dekabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Bəhram İdris oğlu Məmmədli (1948 -2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.

Həyatı

Bəhram Məmmədli 1948-ci ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.

Təhsili və karyerası

1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.[1]

Həmçinin bax

İstinadlar

  1. "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 5 dekabr 2019 tarixində arxivləşdirilib.