Şuşa Xalça Muzeyi

Vikipediya saytından
Toghrul R (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:06, 9 dekabr 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Şuşa Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Əsası qoyulub 26 sentyabr 1985
Açılış tarixi 19 may 1987
Bağlanıb 1992
Ölkə
Yerləşir 1992-ci ilə qədər Şuşada, general Səməd bəy Mehmandarova məxsus malikanədə,
1992-ci ildən sonra Azərbaycan, Bakı
AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Parkda
Direktor Şirin Məlikova[1]
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
Telefon (+994 12) 497-20-57
İş rejimi Çərşənbə axşamı - Cümə 10:00 -18:00,
Şənbə-Bazar 10:00 - 20:00
İstitahət günü - Bazar ertəsi
azcarpetmuseum.az

Şuşa Xalça MuzeyiQarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.[2][3]

Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.[2]

AzərbaycanErmənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilmişdir.[2]

Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.[2]

İstinadlar