Aqşin Ağkəmərli

Vikipediya saytından
Yusifzade Aynur (müzakirə | töhfələr) (Səhifə "{{Yazıçı |Adı = Aqşin Ağkəmərli |Orijinal adı = |Şəkil = |Şəklin ölçüsü = |Şəklin izahı =..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 13:34, 10 fevral 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Aqşin Ağkəmərli
Doğum tarixi 21 mart 1960(1960-03-21) (64 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti şair

Aqşin Ağkəmərli (azərb. Aqşin Ağkəmərli‎; d. 1960, Şəbüstər mahalı, Cənubi Azərbaycan) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Təhsili

Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir.

Yaradıcılığı

Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. BakıdaTehranda yayımlanan “Kibritçi qız” (1990), “Dondurmaçı” (1995), “Bizi yaşadan tarix” (2001), “Öpdüm Arazı” (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir.

Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində “Mişov dağı” adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.

Aqşin Ağkəmərli çağdaş Güney Azərbaycan ədəbiyyatında şair, nasir və publisist kimi tanınır. 1990-cı ildən BakıdaTehranda yaşayır.

Kitabları

  • Kibritçi qız (1990)
  • Dondurmaçı (1995)
  • Bizi yaşadan tarix (2001)
  • Öpdüm Arazı (2016)

Ədəbiyyat

  • Nizami Cəfərov. Aqşin Ağkəmərlinin ayrılığı... Vətəndən Vətənə, “ədəbiyyat qəzeti”, 11 mart 2017
  • Nizami Cəfərov. Ədəbiyyat söhbətləri, Bakı: Elm və təhsil, 2018, s.332-335