Aqşin Ağkəmərli

Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aqşin Ağkəmərli
Doğum tarixi (64 yaş)
Doğum yeri Cənubi Azərbaycan, Şəbüstər mahalı, İskəmər kəndi.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Tehran Universiteti
İxtisası Həkim
Fəaliyyəti yazıçı,şair
İlk əsəri Dənizdən bir damla
Tanınmış əsəri Bizi yaşadan tarix İskəmər

Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. BakıdaTehranda yayımlanan "Kibritçi qız" (1990), "Dondurmaçı" (1995), "Bizi yaşadan tarix" (2001), "Öpdüm Arazı" (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir.

Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində "Mişov dağı" adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.

Aqşin Ağkəmərli çağdaş Güney Azərbaycan ədəbiyyatında şair, nasir və publisist kimi tanınır. 1990-cı ildən BakıdaTehranda yaşayır.

  • Dənizdən Bir damla(1989)
  • Kibritçi qız (1990)
  • N. Həsənzadə Söyüd ağacı (1991)
  • M. Müşfiq. Şəngül-Məngül (Kiril əlifbasından ərəb əlifbasına köçürülmə) (1994)
  • Dondurmaçı (1995)
  • Bizi yaşadan tarix (2001)
  • N. Həsənzadə. 80-illik Ömür yolu (2011)
  • N. Həsənzadə. Can Azərbaycan (2016)
  • N. Həsənzadə. Salam Azərbaycan (2016)
  • Öpdüm Arazı (2016)
  • Nizami Cəfərov. Aqşin Ağkəmərlinin ayrılığı… Vətəndən Vətənə, "ədəbiyyat qəzeti", 11 mart 2017
  • Nizami Cəfərov. Ədəbiyyat söhbətləri, Bakı: Elm və təhsil, 2018, s.332–335