Ziraat Bank

Vikipediya saytından
Ayxan İsmayılov (müzakirə | töhfələr) (Səhifə "{{şirkət}} Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Əhməd Şəfiq Mith..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 09:42, 2 aprel 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Ziraat Bank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Anonim şirkət[d]
Təsis tarixi 1863
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 123.630.000 $ (2023)
Struktur
İşçi sayı
  • 24.092 nəf. (31 dekabr 2012)
Ana şirkət Türkiyə Varlıq Fondu
ziraatbank.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir.

Tarixçə

Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir.[1]

Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir. Belə ki, 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Bankın aktivləri 19% artaraq 108 milyard dollar, kreditləri 27.8% artaraq 74.5 milyar dollar, mənfəəti 21.6% faiz artaraq 1.75 milyard dollar təşkil etmişdir.

Ziraat Bank Azərbaycan

Ziraat Bankı öz fəaliyyətini genişləndirmək üçün fəaliyyətini həyata keçirəcəyi ölkələrdəki Türkiyə əhalisini, Türk iş adamlarını və bu ölkə ilə Türkiyə arasında cari və potensial ticarət əlaqələrini araşdırıb təhlil etməkdən ibarətdir. Bu kontekstdə, Ziraat Bank yaxın tarixi və mədəni əlaqələri olduğu Müstəqil Dövlətlər Birliyi regionunda da fəaliyyətini genişləndirməyi planlaşdırmışdır.[2]

Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.[3]

İstinadlar

  1. "Ziraat Bank Azərbaycan". Tarixçə. İstifadə tarixi: 2 aprel 2020.
  2. "Ziraat Bank Azərbaycan". Ümumi məlumat. İstifadə tarixi: 2 aprel 2020.
  3. "Ziraat Bank Azərbaycan". Haqqımızda. İstifadə tarixi: 2 aprel 2020.

Həmçinin bax