Türkiyə Varlıq Fondu (TVF) — 2016-cı ilin avqustunda qurulan və Türkiyə hökumətinə məxsus olan Türkiyənin suveren sərvət fondu. Onun aktivlərinin dəyəri 33 milyard dollardır.[2] Fond Türkiyə Prezidentinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Strateji İnvestisiya Planı"na uyğun fəaliyyət göstərir. Əvvəllər dövlət orqanlarına məxsus şirkətlər və aktivlər ona verilə bilər. Müvafiq hesab edilərsə, sub-fondların yaradılması da mümkündür.[3]
Türkiyə Varlıq Fondu | |
---|---|
Türkiye Varlık Fonu | |
Növü | Beynəlxalq Varlıq Fondu |
Fəaliyyəti | 26 avqust 2016 – bu günə kimi |
Yaranma tarixi | 2016 |
Mərkəzi | İstanbul |
Sədr | Rəcəb Tayyib Ərdoğan[1] |
www.tvf.com.tr |
Türkiyə Varlıq Fondu 26 avqust 2016-cı il tarixində Türkiyə Cümhuriyyəti Baş nazirinə bağlı bəzi şirkətləri idarə etmək üçün qanunla quruldu.[4] 2017-ci ilin fevral ayında İstanbul Birjası, "Ziraat Bank" da daxil olmaqla böyük büdcəli müxtəlif dövlət şirkətləri bu fonda verildi.[5]
10 İyul 2018-ci il qərarnaməsi ilə Türkiyə Cümhuriyyəti Prezidenti tabeliyindəki şirkət və quruluşların siyahısına əlavə edildi.[6]
2020-ci ilin aprel ayında dövlətə məxsus səhm sığorta şirkətləri ilə birlikdə "TWF Financial Investments" təsis edilmişdir.[7] TWF bu şirkətlərin səhmlərini aldı və birləşmə 2020-ci ilin sentyabrında tamamlandı. "Güneş Sigorta", "Halk Sigorta" və "Ziraat Sigorta" şirkətlərinin birləşməsi nəticəsində "Türkiye Sigorta" şirkəti yaranmışdır. "Vakıf Emeklilik ve Hayat, Halk Hayat ve Emeklilik" və "Ziraat Hayat ve Emeklilik" şirkətlərinin birləşməsi nəticəsində "Türkiye Hayat ve Emeklilik" şirkəti yaradılmışdır.[8]
18 iyun 2020-ci ildə TVF, "Telia" və "Çukurova Holding"dən "Turkcell"in 26,2% payını 1,801 milyon ABŞ dollarına satın almaq üçün müqavilə imzalamışdır Bunun 196 milyon ABŞ dolları "Telia"ya ödənilmiş, qalan 1,605 milyon ABŞ dolları isə "Ziraat Bank"a kredit kimi təqdim edilmişdir.[9][10][11] 22 sentyabr 2020-ci il tarixində Nizamnaməyə edilən dəyişikliklərdən sonra Fond "Turkcell" idarə heyətinin doqquz üzvündən beşini təyin etmək hüququnu almışdır.[12]
26 noyabr 2020-ci il tarixində TVF əvvəllər AYİB-dən alınmış İstanbul Birjasında 10% payın Qətər Suveren Fonduna satıldığını elan etmişdir.[13] Ertəsi gün fondun sədr müavini, əvvəllər maliyyə naziri vəzifəsini icra edən Berat Albayrak istefa verdiyini açıqlamışdır.[14]
10 mart 2022-ci ildə TVF şirkətin 2026-cı ildə transferi ilə bağlı məsələləri həll etmək üçün "Türk Telekom"un səhmlərinin əksəriyyətini 1,65 milyard ABŞ dollarına almışdır.[15][16]
Şirkət [17] | Hissə faizi |
---|---|
İstanbul Birjası | %80,6 |
BOTAŞ | %100 |
Çay İşletmeleri Genel Müdürlüğü | %100 |
Eti Maden İşletmeleri | %100 |
Xalqbank (Türkiyə) | %75,3 |
Kayseri Şeker Fabrikası | %11,1 |
Platform Ortak Kartlı Sistemler A.Ş. | %20 |
PTT | %100 |
Turkcell | %26,2 |
Türksat | %100 |
Türk Hava Yolları | %49,12 |
Türk Telekom | %6,68 |
İzmir Limanı | %100 |
Türkiye Denizcilik İşletmeleri | %49 |
Türkiye Hayat Emeklilik A.Ş. | %100 |
Türkiye Petrolleri Anonim Ortaklığı | %100 |
Türkiyə Sigorta | %81,10 |
TVF Enerji Sanayi ve Ticaret A.Ş. | %100 |
TVF Maden Sanayi ve Ticaret A.Ş. | %100 |
TVF Rafineri ve Petrokimya Sanayi ve Ticaret A.Ş. | %100 |
VakıfBank | %36 |
Ziraat Bankası | %100 |
İstanbul Finans Mərkəzi | %100 |