Macar-Türk dostluq parkı

Vikipediya saytından
Qolcomaq (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:27, 2 aprel 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Macar-Türk dostluq parkı
Məlumatlar
Parkın tipi park
Ölkə
Yerləşməsi Macarıstan Macarıstan
Yaradılıb 1994
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır.

Tarixi

Ziqetvar qalası.

1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir[1].

6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir. Onun ölümü gizləndilir və qoşunlara Böyük Vəzir Sokollu Mehmed Paşa rəhbərlik etdi. Qısa müddətdən sonra qalanın müdafiə komandiri Miklos Zrinyi öldürüldü və qala ələ keçirildi. Buna baxmayaraq Vyanaya yürüş dayandırıldı və qoşunlar Sultan Süleymanın ölümü haqqında məlumat almadan geri döndü[2][3].

Şəhər 122 il Osmanlı İmperiyasının bir hissəsi oldu. 1596-1600-cü illərdə Ziqetvar əyalətinin paytaxtı oldu və sonra Kanij əyaletinin bir hissəsinə çevrildi.

Osmanlı dövründə şəhərdə məscidlər, türk hamamları və məktəblər inşa edildi. Bu zaman tikilən bəzi binalar hələ də qorunur. Lakin tikililərin bir hissəsi Habsburqlar tərəfindən məhv edildi[3].

İstinadlar

  1. Orhan, Saim. "Süleyman the Magnificent's unknown grave in Hungary". Today's Zaman. 2008-05-29. 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-27.
  2. Sitat səhvi: Yanlış <ref> teqi; p adlı istinad üçün mətn göstərilməyib
  3. 1 2 "Auf der Suche nach Sultan Süleymans Herz". Die Welt (alman). 2013-08-25. İstifadə tarixi: 2013-08-25.