Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır.
Macar-Türk dostluq parkı | |
---|---|
Məlumatlar | |
Parkın tipi | park |
Ölkə | |
Yerləşməsi | Macarıstan |
Yaradılıb | 1994 |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir[1].
6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir. Onun ölümü gizləndilir və qoşunlara Böyük Vəzir Sokollu Mehmed Paşa rəhbərlik etdi. Qısa müddətdən sonra qalanın müdafiə komandiri Miklos Zrinyi öldürüldü və qala ələ keçirildi. Buna baxmayaraq Vyanaya yürüş dayandırıldı və qoşunlar Sultan Süleymanın ölümü haqqında məlumat almadan geri döndü[2].
Şəhər 122 il Osmanlı İmperiyasının bir hissəsi oldu. 1596–1600-cü illərdə Ziqetvar əyalətinin paytaxtı oldu və sonra Kanij əyaletinin bir hissəsinə çevrildi.
Osmanlı dövründə şəhərdə məscidlər, türk hamamları və məktəblər inşa edildi. Bu zaman tikilən bəzi binalar hələ də qorunur. Lakin tikililərin bir hissəsi Habsburqlar tərəfindən məhv edildi[2].
Rəvayətə görə Sultan Süleymanın vəfatından dərhal sonra onun daxili orqanları çıxarılıb Ziqetvar[3] yaxınlığında bir yerə basdırıldı, cəsədi isə balzamlandı və imperatoriyanın paytaxtına aparıldı[1][2].
Sultan Süleymanın anadan olmasının 500-cü ilində, Türkiyə hökumətinin təşəbbüsü ilə və onun pulu ilə güman edilən sultanın ürəyinin basdırıldığı yerdə bir dostluq parkı quruldu. 1994-cü ilin sentyabrında açılış mərasimində Macarıstanın Təhsil naziri Qabor Fodor və Türkiyə Prezidenti Süleyman Dəmirəl iştirak etdi[4][5].
Park şəhərin təxminən 2–3 kilometr şimal-şərqində yerləşir və ora avtobusla getmək mümkündür. Parkın sahəsi təxminən bir akr təşkil edir. Park bütün il açıqdır
1996-cı ildə parkda Osmanlı memarlıq üslubunda inşa edilən içməli bir bulaq quruldu. Bunun üçün plitələr və mərmərlər Türkiyədən gətirildi. Parkda Möhtəşəm Sultan Süleymanın daxili orqanları üçün rəmzi məzar, mərmərdən hazırlanmış simvolik bir türbə var.
Macarıstan mediasında parkın ilk açıldığı zamanı Sultan Süleymanın simasında nəhəng abidənin olması tənqid edildi. 1997-ci ildə bu abidənin yanında Miklos Zrinyinin abidəsi qoyuldu[6].