«Velt»[1][2] (alm. Die Welt ) — alman işgüzar elitasının nümayəndələri tərəfindən məşhur olan «Aksel Şprinqer-ferlaq» nəşriyyatının nüfuzlu (709 min oxucu) gündəlik qəzeti. Bir çox analitik material dərc edir. İlk buraxılış 2 aprel 1946-cı ildə Hamburqda İngilis işğal orqanları tərəfindən buraxıldı. Tirajı — 251.000 nüsxə.
Die Welt | |
---|---|
Die Welt | |
Növ | alman gündəlik qəzeti |
Sahibi | Axel Springer SE |
Nəşriyyat | «Aksel Şprinqer-ferlaq» |
Baş redaktor | Jan-Eric Peters |
Redaktor | Stefan Aust |
Yaranma tarixi | 2 aprel 1946 |
Siyasi mənsubiyyət | Mühafizəkarlıq |
Dil | alman |
Qiymət | 2.5 avro |
Baş ofis | Berlin |
Ölkə | Almaniya |
Tiraj | 251.000 |
ISSN | 0173-8437 |
welt.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Nəşr mühafizəkar bir oriyentasiyaya sadiqdir və ispaniyanın El Pais, italyan La Repubblica, fransız Le Figaro, belçika Le Soir və isveçrə Tages-Anzeiger və Tribune de Geneve-in də daxil olduğu LENA (Leading European Newspaper Alliance) yaradıcı ittifaqının qurucularından biridir[3].
Die Welt, 1946-cı ildə Hamburqda [4] ingilis işğalçı qüvvələri tərəfindən Times qəzetinə əsaslanan "keyfiyyətli bir qəzet" çıxarmaq məqsədi ilə quruldu. Əvvəlcə xəbər və redaksiya məzmununu İngilis nöqteyi-nəzərindən yayımladı, lakin 1947-ci ildən biri İngilis və biri Alman olmaqla böyük məsələlərə dair iki aparıcı məqalə təqdim etmək siyasətini qəbul etdi. Qəzet Axel Springer tərəfindən 1953-cü ildə alınıb.
1993-cü ildə qəzetin tirajı 209 677 nüsxə təşkil edirdi. [5] İşğal dövründə ən yüksək nöqtəsində, bir milyon nüsxə tirajla nəşr olunmuşdur.
2010-cu ilin noyabrında qəzetin yenidən dizaynına başlandı: tünd mavi kürəyə sahib yeni bir logo, yeddi dən altıya endirilən sütun sayı və Joshua Darden tərəfindən dizayn edilmiş Freight yazı tipi əsasında tipoqrafiya. Welt Kompakt da bu şrifti istifadə etmək üçün yenidən dizayn edilmişdir.[6][7] 2009-cu ildə Bazar nəşri Welt am Sonntag, Xəbər Dizayn Cəmiyyəti tərəfindən digər dörd qəzetlə birlikdə "Dünyanın ən yaxşı dizayn edilmiş qəzetlərindən" biri seçildi.