Görmə siniri

Vikipediya, azad ensiklopediya
Şöhrət (müzakirə | töhfələr) (5.44.39.136 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Eldarado tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 18:08, 8 may 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Görmə siniri
Görmə siniri və yolu
Görmə siniri və yolu
Azan sinirDil-udlaq siniriÜz siniriÜçlü sinirGörmə siniriQoxu siniriGözün hərəki siniriBlok siniriUzaqlaşdırıcı sinirDəhliz-ilbiz siniriDilaltı sinirƏlavə sinir
Kəllə sinirlərinin diaqrammı
Latınca n. opticus
Qrey subyekt 197 882
MeSH Optic+Nerve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir.

Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır. Görmə siniri həqiqətdə tor qişanın qanqlioz hüceyrələrinin mərkəzi çıxıntılarından təşkil olunmuşdur. Görmə siniri görmə reseptorlarının qəbul etdikləri qıcıqları beyinə daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]